Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vergidən yayınan daha bir iş adamı beynəlxalq axtarışda

Vergidən yayınan daha bir iş adamı beynəlxalq axtarışda

Date: 29 December 2015 16:34

Azərbaycan hüquq-mühafizə orqanları vergidən yayınan iş adamını axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 37 yaşlı Rüfət Vəliyev külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

APA-nın əldə etdiyi məlumata görə, R. Vəliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş. 

Qeyd edək ki, son vaxtlar Azərbaycanda vergidən yayınan xeyli sayda iş adamı İnterpol xətti ilə axtarışa verilib.

 


Tags:  Vergidən yayınan adamı beynəlxalq axtarışda

RƏYLƏR


Top news