Əbülfəs Qarayev: "2016-cı ildə mədəniyyət sahəsində, turizm sektorunda mühüm hadisələr, yeniliklər, tədbirlər gözlənilir"

Əbülfəs Qarayev: "2016-cı ildə mədəniyyət sahəsində, turizm sektorunda mühüm hadisələr, yeniliklər, tədbirlər gözlənilir"
16:37 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+
Bakı. 29 dekabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycanın mədəniyyət və turizm ictimaiyyətini təbrik edib. "Report"un xəbərinə görə, təbrik mətnində deyilir: "Xalqımız və dövlətimiz üçün bir sıra əlamətdar hadisələrlə zəngin olan daha bir il başa çatır. 2015-ci ildə dünyada və əhatəmizdə olan geniş bir coğrafiyada cərəyan edən, müəyyən təsirləri Azərbaycandan da yan keçməyən qlobal maliyyə-iqtisadi böhrana, məlum çətinliklərə rəğmən ölkə həyatının bütün sahələrində, o cümlədən mədəniyyət sahəsində və turizm sektorunda inkişaf tempi davam edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində təmin olunan sosial-iqtisadi tərəqqi, o cümlədən regionların inkişafı, ölkəmizin xarici əlaqələrinin, beynəlxalq təşkilatlarda nüfuzunun möhkəmləndirilməsi həyata keçirilən mədəniyyət layihələrində də özünü göstərib. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq festivallar, sərgilər mədəniyyət və incəsənətimizi təbliğ etmək, yeniləşən paytaxtımızı və bölgələrimizin gözəlliklərini dünyaya tanıtmaq baxımdan əlamətdar vəsilə olub. 2015-ci ildə Azərbaycanda böyük idman bayramı - Birinci Avropa Oyunları keçirilmiş, bu genişmiqyaslı tədbir sayəsində xalqımızın çoxəsrlik tarixi və zəngin mədəniyyəti, qonaqpərvərliyi bir daha dünyaya nümayiş etdirilib".
Təbrikdə qeyd olunur ki, son illər ölkə rəhbərliyinin diqqət və qayğısı turizm sənayesinin genişlənməsinə zəmin yaradıb: "Bu gün turizm Azərbaycanda qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir. Həyata keçirilən infrastruktur layihələri, paytaxtımızda və regionlarda yeni turizm-istirahət mərkəzlərinin, hotellərin, xidmət obyektlərinin istifadəyə verilməsi həm daxili turizmin inkişafına, həm də xarici turistlərin ölkəmizə marağının artmasına səbəb olur. Bu sahədə aparılan dövlət siyasəti nəticəsində respublikamızda yay turizm növləri ilə yanaşı, qış turizmi də uğurla inkişaf etdirilir. 2015-ci ildə Azərbaycanın turizm imkanları müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilib".
Nazirin təbrik müraciətində ölkənin tolerantlıq məkanı, multikulturalizm örnəyi kimi artan rolundan da bəhs edilir. Vurğulanır ki, Azərbaycanın multikulturalizm mərkəzi kimi rolu dünyada yüksək qiymətləndirilir: "Bu il paytaxtımızda üçüncü dəfə gerçəkləşən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, eləcə də İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının – İSESCO-nun Baş Konfransının və İcraiyyə Şurasının toplantıları bunu bir daha sübut etdi".
Təbrikdə daha sonra deyilir: "Artıq neçə ildir ki, Azərbaycan xalqı, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız yeni təqvim ilinin gəlişini ikiqat bayramla qeyd edir. Bu günlər vətən təəssübkeşliyi, milli-mənəvi dəyərlərə ehtiram və həmrəylik kimi nəcib hisslər bizi bir-birimizə daha möhkəm bağlayır. 2016-cı ildə ölkəmizin həyatında, eləcə də mədəniyyət sahəsində, turizm sektorunda mühüm hadisələr, yeniliklər, tədbirlər gözlənilir. Respublikamızın mədəniyyət və turizm sahələrində çalışan bütün insanları, xalqımızı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edir, hər kəsə ailə səadəti, möhkəm cansağlığı və yeni uğurlar arzulayıram".

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Azərbaycan kuboku:

30 Mart 2017 20:44

Səfirin məktubu 123 MİN DOLLARA SATILDI

30 Mart 2017 20:42

"Dinə inanmağın mənası yoxdur" - Azərbaycanı dünyaya tanıdan alim - FOTO

30 Mart 2017 20:37

5 yaşlı uşağın axtarışına başlanıldı

30 Mart 2017 20:33

Çində niqab QADAĞAN EDİLDİ

30 Mart 2017 20:32

Cəlilabadda qanunsuz at kəsimi və at əti tədarükü aşkarlandı - FOTOLAR

30 Mart 2017 20:28

Quşçuluq fermasında 30-dan artıq at cəmdəyi tapıldı - Cəlilabadda - FOTO

30 Mart 2017 20:27

Azərbaycanlı qızın erməni oğlanla

30 Mart 2017 20:25

İnsan orqanizmi üçün ən zərərli giləmeyvə

30 Mart 2017 20:18

Ukrayna malların Azərbaycan üzərindən daşınmasında maraqlıdır - FOTO

30 Mart 2017 20:17

Saqqal saxlamaq QADAĞAN OLUNDU

30 Mart 2017 20:17

Ərdoğanın proqramında dəyişiklik - PROBLEM YARANDI

30 Mart 2017 20:12

Nizami Hacıyev Zaur Svanadzenin taktikasını tənqid etdi

30 Mart 2017 20:07

Ən yaxın iki ildə MÜHARİBƏ, Moskva 20 il sonra... – GÜNÜN SİYASİ XÜLASƏSİ

30 Mart 2017 20:03

“Qolları həddiyə edəndən sonra futbolçular “sındı” - Zaur Svanadze

30 Mart 2017 19:57

"WhatsApp"da virus YAYILDI

30 Mart 2017 19:57

"Qəbələ" finalın qapısını açdı - VİDEO

30 Mart 2017 19:57

Bakıda ikimərtəbəli ev YANDI

30 Mart 2017 19:52

Hacı Şahin: "Metro öpüşmək yeri deyil. Bu, günahdır..."

30 Mart 2017 19:50

Çində niqab qadağan edildi

30 Mart 2017 19:48

Nəriman Həsənzadə: "Xumar sözlərimə yeni nəfəs verib..."

30 Mart 2017 19:47

Sevinc Mirzəyevanın bacısı ondan imtina etdi

30 Mart 2017 19:44

5 yaşlı uşağın axtarışı başladı - Azərbaycanda

30 Mart 2017 19:42

Xorvatlar "Qəbələ"ni sevindirdi

30 Mart 2017 19:38

"Büstü düzəldəndə Ronaldunun internetdən tapdığım şəkillərindən istifadə etmişəm"

30 Mart 2017 19:37

Yığmamız Tailanda yollanır

30 Mart 2017 19:37

“Onun pərt olmasını başa düşmək olar” - Roman Qriqorçuk

30 Mart 2017 19:37

Çimərliklərə kanalizasiya suları axıdılmayacaq

30 Mart 2017 19:33

Putin Trampla görüşməyə hazırdır

30 Mart 2017 19:28

Arvadı 72 yaşlı aktyorla boşanır

30 Mart 2017 19:27

Azərbaycan KUBOKU: "Qəbələ" səfərdə "İnter"i məğlub etdi

30 Mart 2017 19:19

Fatimə təmtəraqlı ad günü edəcək - FOTO

30 Mart 2017 19:12

Qəbələdə ər arvadının boğazını kəsdi

30 Mart 2017 19:12

Fahriye və Burak qərarlarını verdilər!

30 Mart 2017 19:12

Zərərçəkən: “Azad olunmağım üçün MTN əməkdaşlarına 30 min dollar verdim”

30 Mart 2017 19:09

“Abay” kitabı təqdim olundu

30 Mart 2017 19:08

Azərbaycanlı qızın erməni KİŞİ İLƏ YENİ GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO/VİDEO

30 Mart 2017 19:03

Bakıda 3 otaqlı ev yanıb

30 Mart 2017 18:59

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

30 Mart 2017 18:57

Nüsrət məşhur seriala çəkildi - FOTO

30 Mart 2017 18:57

Arıqlamaq üçün 500 min dollar xərclədi - FOTO

30 Mart 2017 18:47

Daha bir küçədə hərəkət məhdudlaşdırılır

30 Mart 2017 18:44

Mədəniz ağrıyırsa, bundan yeyin

30 Mart 2017 18:42

Kişiləri bihuş edən gözəlçə milyonçu ərini ziyalı kişiyə DƏYİŞDİ - FOTO

30 Mart 2017 18:38

Beynəlxalq Muğam Mərkəzində "Baku Brass" nəfəs alətləri ansamblının konserti keçiriləcək

30 Mart 2017 18:37

Almaniya vətəndaşının evindən oğurluq edən qadına 8 İL HƏBS TƏLƏBİ

30 Mart 2017 18:34

Komitə sədri: “Azərbaycanda ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəlib”

30 Mart 2017 18:33

İlham Əliyevdən əlillərlə bağlı vacib sərəncam - 2 milyon manat ayrıldı

30 Mart 2017 18:33

Bakıda festival keçiriləcək

30 Mart 2017 18:32

Azərbaycanda çimərlik turizminin inkişafına dair Tədbirlər Planı təsdiq edilib

30 Mart 2017 18:32