Azərbaycanda hərbçilərə bayram sürprizi (FOTO, VİDEO)

Azərbaycanda hərbçilərə bayram sürprizi (FOTO, VİDEO)
16:41 29 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Növbəti hərbi hissədə yeni yaşayış binalarının açılış mərasimi keçirilib. Açılış
prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən olub.

Yeni tikilən beşmərtəbəli, hər biri 3 otaqlı, ümumilikdə 100 mənzilli binalar kommunikasiya xətləri ilə təchiz olunaraq mərkəzləşdirilmiş istilik sisteminə qoşulub. Müasir standartlara cavab verən tam təmirli mənzillər mebel və lazımi avadanlıqla təchiz olunub. Ərazidə yarımstansiya, su anbarı tikilib, binaların ətrafına asfalt döşənib. Hasara alınmış yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

Hərbi qulluqçular və onların ailə üzvləri qarşısında çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkə başçısı və nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edib.



Z.Həsənov evlərin açarlarını özü təqdim edib

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi, komandanlıq heyəti və hərbi qulluqçuların ailə üzvləri ərazidə ağac və gül kolları əkiblər.


Müdafiə naziri ağaç əkir

Yeni mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə naziri general-polkovnik Z.Həsənov yaradılan şəraitlə tanış olub, ailələrin qayğıları ilə maraqlanıb və çay süfrəsi ətrafında söhbət edib.

Həmin gün Müdafiə naziri hərbi hissə yaxınlğında tikintisi davam etdirilən təlim mərkəzi və atış poliqonunda da olub, inşaat işlərinin gedişatını yoxlayıb, lazımi göstəriş və tövsiyələrini verib.











Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368436

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR