"CinemaPlus" uşaqlar üçün bayram təşkil edəcək

"CinemaPlus" uşaqlar üçün bayram təşkil edəcək
16:42 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı olan “CinemaPlus” uşaqlar üçün bayram təşkil edəcək. “Report” xəbər verir ki, bayram günlərində 3 cizgi filmi ailəvi baxış üçün təqdim olunacaq.
Cizgi filmlər bütün gün ərzində nümayiş olunacaq.
“Balaca Şahzadə” cizgi filmində dünyanı fantaziyasız və əhvalatsız təsəvvür etmək mümkün deyil. Hər halda bu cür təzəcə qonşuluğuna gözəl bir qadın köçmüş yaşlı aviator düşünür.
“Snupi və xırda yekəqarın” cizgi filmində Snupi ən qəşəng it sayılır, həm də əsas şər qüvvə olan “Qırmızı Baron”un iziylə düşən peşəkar pilotdur. Məhz həmin vaxt onun dostu olan Çarli Braunun başına əhvalatlar gəlir.
“Şahzadə İvan və Boz qurd 3” cizgi filmində hökmdar öz səhhətini kənddə, balıq tutmaqla bərpa edərkən, artıq tanınmış qruplaşma İvan, onun gözəl həyat yoldaşı Vasilisa və ev heyvanları canavar və pişik dünya turuna çıxırlar. Baxçada isə əsas cavabdeh kimi saxlanılan Puqalo ona verilmiş səlahiyyətlərdən istifadə edərək, öz qaydalarını tətbiq etməyə başlayır.
Biletləri kinoteatrın kassalarından, rəsmi elektron ünvanlndan www.cinemaplus.az, 012 499 89 88 və ya 119 nömrələrinə zəng edərək ala bilərsiniz.



Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/cinemaplus-usaqlar-ucun-bayram-teskil-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR