Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qaxda ümumrayon şənliyi keçirilib

Qaxda ümumrayon şənliyi keçirilib

Date: 29 December 2015 16:43


Qax, 29 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Respublikamızın hər bir guşəsində olduğu kimi, Qax rayonunda da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı böyük sevinc və ruh yüksəkliyi ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, əlamətdar bayramlar münasibətilə dekabrın 29-da Qax şəhərinin mərkəzindəki meydanda ümumrayon şənliyi keçirilib.
Bayramsayağı bəzədilən meydanın mərkəzində qurulan hündür yolka ağacının ətrafında keçirilən tədbirdə yola saldığımız 2015-ci ilin ölkəmiz üçün üçün bir çox əlamətdar hadisələrlə zəngin olduğu vurğulanıb. Bildirilib ki, 2015-ci ildə Azərbaycan idman oyunları tarixində əzəmətli bir tədbirə imza atıb. Ölkəmiz Avropa qitəsində ilk dəfə reallaşan möhtəşəm bayrama – “Bakı-2015” birinci Avropa Oyunlarına ev sahibliyi edib. Vurğulanıb ki, yola saldığımız il Qax rayonu üçün də əlamətdar olub. Belə ki, Qax şəhəri 2015-ci il üçün “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilib.
Yeni ilin personajları Şaxta baba ilə Qar qızının meydana gəlişi bayram iştirakçılarının, xüsusilə uşaqların böyük sevincinə səbəb olub. Şaxta baba və Qar qızı şənlik iştirakçılarına Yeni il arzularını çatdırıb, uşaqları bayram hədiyyələri ilə sevindiriblər.
Bayram şənliyi rayonun musiqi və rəqs kollektivlərinin konsert proqramı ilə başa çatıb.







Tags:  Qaxda ümumrayon şənliyi keçirilib


RƏYLƏR


Top news