​​Azərbaycanlı pianoçunun adına Beynəlxalq müsabiqə keçiriləcək

16:52 29 Dekabr 2015
12 Ölkə
Ölkə mətbuatı
A- A+

Müsabiqəyə münsiflər heyətinin, görkəmli siyasi və mədəniyyət xadimlərinin, mətbuat və KİV nümayəndələrinin qatılacağı gözlənilir. Həmçinin, müsabiqənin keçiriləcəyi ərəfədə Azərbaycanın zəngin tarixi-mədəni irsinə və ölkəmizin əldə etmiş nailiyylətlərinə həsr olunan sərginin də keçiriləcəyi planlaşdırılır.
Qeyd edək ki, hər iki ildən bir adına müsabiqə keçirilən Azərbaycanın əməkdar artisti Adilə Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Hazırda Fransada yaşayan musiqiçi Bakı şəhərində anadan olub, sonradan Moskvaya köçərək bu şəhərdə Çaykovski adına Konservatoriyanı bitirib. 25 ilə yaxındır ki, Fransada yaşayan Adilə Əliyeva, 50-dən çox ölkənin konsert salonlarında çıxış edib və 30-dan artıq kompakt-disk ərsəyə gətirib. 

Xəbərin orijinal ünvanı: http://report.az/diaspor/azerbaycanli-pianocunun-adina-fransa-ve-i-svecrede-musabiqe-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR