SOCAR məcburi köçkünlərə ərzaq yardımı edib

SOCAR məcburi köçkünlərə ərzaq yardımı edib
16:52 29 Dekabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu günlərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə məcburi köçkünlərə yardımlar edilib.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam rayonunda yerləşən “Dördyol 1, 2”, “Təzəkənd” və Yeni İmamqulubəyli qəsəbələrində məskunlaşmış 10 522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4 000 nəfər, Tərtər rayonunda məskunlaşmış 13 000 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1 700 nəfər məcburi köçkün və şəhid ailəsinə ümumi çəkisi 237 tona yaxın ərzaq yardımı aparılıb.
Bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilib: "SOCAR-ın daim diqqət mərkəzində saxladığı sosial yönümlü məsələlərdən biri də hərbi təcavüz nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizə qayğı göstərilməsidir. Hər il dövlət bayramları ərəfəsində SOCAR təmsilçiləri şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkir, onlara humanitar yardımlar, bayram sovqatları aparırlar".
SOCAR nümayəndələri məcburi köçkünlərlə görüşərək, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibəti ilə təbrik edib, qaçqın və məcburi köçkün ailələrinin tezliklə öz doğma el-obalarına qayıdacaqlarını əmin olduqlarını bildiriblər.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/socar-mecburi-kockunlere-erzaq-yardimi-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR