Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Date: 29 December 2015 16:53


Bakı, 29 dekabr, AZƏRTAC 
Dekabrın 29-da Bakı Dövlət Universitetində (BDU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən bəhs edib. Bu tarixin qeyd edilməsinin bütün dünya azərbaycanlıları tərəfindən bir zərurətə və mənəvi ehtiyaca çevrildiyini deyən A.Məhərrəmov bayramlar münasibəti ilə bütün xalqımızı, müəllim və tələbələri təbrik edib, onlara qarşıdan gələn Yeni ildə uğurlar arzulayıb.
Daha sonra jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev və dosent Nuru Məmmədovun çıxışları dinlənilib.



Tags:  BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib


RƏYLƏR


Top news