SOCAR Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə məcburi köçkünlərə yardımlar edib

SOCAR Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə məcburi köçkünlərə yardımlar edib
16:53 29 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məcburi köçkünlərə yardımlar edilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dövlət Neft Şirkətinin daim diqqət mərkəzində saxladığı sosialyönümlü məsələlərdən biri də hərbi təcavüz nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizə qayğı göstərilməsidir. Hər il dövlət bayramları ərəfəsində SOCAR-ın təmsilçiləri şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkir, onlara humanitar yardımlar, bayram sovqatları aparırlar. Artıq ənənə halını almış xeyriyyəçilik missiyasına sadiq qalan SOCAR tərəfindən bu günlərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Ağdam rayonunda yerləşən “Dördyol 1, 2”, “Təzəkənd” və Yeni İmamqulubəyli qəsəbələrində məskunlaşmış 10 min 522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4 min nəfər, Tərtər rayonunda məskunlaşmış 13 min nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1700 nəfər məcburi köçkün və şəhid ailəsinə ümumi çəkisi 236,7 tona yaxın ərzaq yardımı aparılıb. Bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilib. SOCAR-ın nümayəndələri məcburi köçkünlərlə görüşərək, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib, əmin olduqlarını bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasət qaçqın və məcburi köçkün ailələrinin tezliklə öz doğma el-obalarına qayıtmalarına şərait yaradacaq.
Qəsəbələrin sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_Dunya_Azerbaycanlilarinin_Hemreyliyi_Gunu_ve_Yeni_il_munasibetile_mecburi_kochkunlere_yardimlar_edib-915338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR