Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qazaxda şəhid ailələrinə yardım edilib

Qazaxda şəhid ailələrinə yardım edilib

Date: 29 December 2015 16:53

Qazax Sement Zavodu kollektivinin şəhid ailələrinə maddi və mənəvi dəstək olması artıq bir ənənə halını alıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə kollektivin üzvləri Qazaxın Daş Salahlı kəndində yaşayan şəhid ailələri ilə görüşüblər. 

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edənlər əlamətdar gün və yeni təqvim ili münasibətilə şəhid ailələrini təbrik ediblər. Şəhid ailələrinin üzvləri onlara göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. 

Sonda şəhid ailələrinə zavodun kollektivi adından bayram hədiyyələri verilib.


Tags:  sehid aileleri qazax sement zavodu sehid ailelerine destek

RƏYLƏR


Top news