A.Karavayev: Azərbaycanın “qara qu quşlarından” etibarlı müdafiə sistemi var

A.Karavayev: Azərbaycanın “qara qu quşlarından” etibarlı müdafiə sistemi var
17:03 29 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 29 dekabr, AZƏRTAC
“Bakı ehtimal edilən riskləri sadəcə proqnozlaşdırmaqla deyil, həm də həmin risklərə cavab verməklə cari hadisələrin davamını qabaqcadan görə bilər. Həmin hadisələrdən ən ciddisi iqtisadi müstəvidədir – enerji resurslarının dəyərinin azalması təhlükəsi. İlham Əliyev bu təhlükəyə cavab olaraq son illərdə bir sıra istiqamətlər üzrə qabaqlayıcı islahatlar aparıb”. Bu sözlər məşhur politoloq, MDU nəzdində Postsovet məkanının öyrənilməsi üzrə Mərkəzin baş direktorunun müavini Aleksandr Karavayevin “Rossiyskaya qazeta”da dərc edilmiş məqaləsində yer alıb.
Politoloqun fikrincə, müasir cəmiyyətin əsas tələblərindən biri - sistemin sabitliyini qoruyub saxlamaqla hakimiyyətin məchul təhdidlərə cavab verməyə hazır olmasıdır. Hətta yeni bir anlayış –müəyyən ssenarilər üzrə inkişafında az ehtimal edilən, gözlənilməz sayılan, lakin mümkün olan hadisələri bildirən “qara qu quşu” anlayışı yaranıb. Yaxın vaxtlarda “Günəşli” yatağında baş vermiş qəza belə “qu quşları”ndan biri oldu. Qəza nəticəsində xeyli insan həlak olub, itkin düşənlərin axtarışı hələ də davam edir. Bu, əlbəttə, ağır itki və hüznlü hadisədir, lakin Azərbaycan hadisələrin bu cür gedişinə hazır idi. Təbii fəlakətə reaksiyanın sürəti və texniki səviyyəsi bunu sübut etdi. On illik yubileyini yaxın günlərdə qeyd etmiş respublika Fövqəladə Hallar Nazirliyi öz məsuliyyət zonasında böhrandan sonrakı reaksiyanın zəruri səviyyəsini təmin edə bildi.
A.Karavayev Azərbaycanda həyata keçirilən islahatlardan söhbət açaraq ilk növbədə dövlət idarəçiliyinin modernləşdirilməsini, inzibatçılığın keyfiyyətinin artırılmasını və korrupsiyaya qarşı mübarizəni, ölkədə ümumi biznes mühitini yaxşılaşdırmaq məqsədilə sahibkarlar üçün müxtəlif vergi və bank güzəştləri tətbiq olunmasını qeyd edib. Müəllifin fikrincə, başa çatmaqda olan ildə Azərbaycanda tranzit və yerli nəqliyyat kommunikasiyalarının inkişafına ciddi diqqət yetirilib.
A.Karavayev onu da qeyd edir ki, 2015-ci ildə Bakı otellərə, kurortlara, paytaxtın və regionların infrastrukturuna xeyli sərmayə qoyub, Azərbaycanın beş il bundan əvvəl seçim etdiyi turizm sektoru isə bu gün - Rusiyadan turist axınının istiqaməti növbəti dəfə dəyişəndən sonra tamam başqa cür görünür. Rusiyalı siyasətçi yazır: “Ölkə qarşıdan gələn ili müxtəlif “qara qu quşları”ndan etibarlı müdafiə sistemi ilə qarşılayır”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AKaravayev_Azerbaycanin_qara_qu_quslarindan_etibarli_mudafie_sistemi_var-915350

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR