Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları üçün kooperativ yaşayış binası istifadəyə verilib

İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları üçün kooperativ yaşayış binası istifadəyə verilib

Date: 29 December 2015 17:03


Bakı, 29 dekabr, AZƏRTAC
Dekabrın 29-da İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları üçün yeni inşa edilən kooperativ yaşayış binası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, rəmzi açılışı bildirən lent kəsildikdən sonra binada yaradılmış şəraitlə tanışlıq olub. Məlumat verilib ki, 16 mərtəbəli, 172 mənzilli binada sakinlər üçün hər cür şərait yaradılıb.
Mərasimdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan dövlətinin jurnalistlərə diqqət və qayğısından, onların mənzil şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində görülən işlərdən söhbət açıb. Əli Həsənov bu binanın istifadəyə verilməsinin televiziyada işləyən, o cümlədən jurnalistika sahəsi ilə bağlılığı olan insanlara Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində sevinc bəxş etdiyini deyib. Prezidentin köməkçisi yeni mənzillərin sakinlərini təbrik edib.




Tags:  İctimai Televiziya Radio Yayımları Şirkətinin əməkdaşları üçün kooperativ yaşayış binası istifadəyə verilib



RƏYLƏR


Top news