Sərhəd və gömrük xidmətlərinin rəhbərləri “Sınıq Körpü” buraxılış məntəqəsində vəziyyətlə tanış olublar

Sərhəd və gömrük xidmətlərinin rəhbərləri “Sınıq Körpü” buraxılış məntəqəsində vəziyyətlə tanış olublar
17:03 29 Dekabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+


Qazax, 29 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin dövlət sərhəd buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyətini yoxlamaq məqsədilə Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 29-da Azərbaycan Respublikasının Gürcüstan ilə dövlət sərhədində yerləşən “Sınıq Körpü” dövlət sərhəd buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, sərhəd və gömrük xidmətlərinin rəhbərləri “Sınıq Körpü” buraxılış məntəqəsində şəxslərin və nəqliyyat vasitələrinin sərhəddə buraxılış vəziyyətini öyrənib, dövlət sərhədindən keçən şəxslər və yük avtomobillərinin sürücüləri ilə söhbətdə onların problemləri ilə maraqlanıblar.
Son zamanlar “Sınıq Körpü” dövlət sərhəd buraxılış məntəqəsində tranzit yükdaşımalarının həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlər barədə vəzifəli şəxslərin məruzələri də dinlənilib, mövcud problemlər, həmçinin şəxslərin və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanları müzakirə olunub.
Sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Serhed_ve_gomruk_xidmetlerinin_rehberleri_Siniq_Korpu_buraxilis_menteqesinde_veziyyetle_tanis_olublar-915348

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR