Ən çox axtarılan hadisə və adamlar - REYTİNQ - FOTO

Ən çox axtarılan hadisə və adamlar - REYTİNQ - FOTO
17:05 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

2015-ci ildə dünyanın müxtəlif ölkələrindən insanların marağı daha çox hansı hadisələrə olub, kimlərin adları daha çox axtarılıb? 
Milli.Az azadliq.org-a istinadən Google-un verdiyi nəticələri təqdim edir.

Hadisələr

1. Charlie Hebdo. Yanvarda maskalı şəxslər Parisdə "Charlie Hebdo" satirik jurnalına hücum edərək 12 nəfəri öldürdülər. 
2. Paris. Noyabrın 13-də Parisdə altı terror aktı zamanı azı 127 nəfər həlak olub
3. Patricia qasırğası. Oktyabrın 24-də Meksikanın Sakit Okeana çıxan sahil xəttinin Patricia qasırğasına məruz qalması nəticəsində 3500 ev dağılıb.
4. İŞİD. İraq və Suriya ərazilərinin bir qismini zəbt edən yaraqlılar olduqca qəddar zorakılıqları ilə tanınırlar.
5. Aprelin 25-də Nepalda baş verən zəlzələ 7,8 bal gücündə zəlzələdə minlərlə insan həlak oldu
6. El Chapo. Bu ləqəblə tanınan narkobaron Meksikanın sərt rejimli Altiplano həbsxanasından iyulun 11-də qaçıb. 
7. Yunanıstan. Solçu baş nazir Alexis Tsipras Avropa Birliyi ilə maliyyə danışıqlarında bir neçə dəfə uğurlar əldə etdi
8. Baltimor iğtişaşları. Apreldə ABŞ-ın Baltimor şəhərində qara dərili gəncin öldürülməsi iğtişaşlara səbəb oldu. 
9. San-Bernardino. Dekabrın 2-də ABŞ-da San-Bernardino şəhərində 2 yaraqlı ilə atışmada azı 14 nəfər həlak oldu
10. Xoakin qasırğası. Oktyabrda Baham adaları yaxğınlığında güclü qasırğa baş vermişdi.

Adamlar

1. Lamar Odom. ABŞ-ın keçmiş basketbol ulduzu 
2. Ronda Rousey. Amerikalı cüdoçu, aktrisa
3. Caitlyn Jenner. ABŞ-da teleaparıcı və dekatlion üzrə keçmiş Olimpiya çempionu
4. Adele Laurie Blue Adkins. Britaniyalı bəstəkar və ifa
5. Charlie Sheen. ABŞ-da ulduz aktyor
6. Ruby Rose. Avstraliyalı model və teleaparıcı
7. Donald Trump. ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə mümkün namizədlərdən biri
8. Sia Kate Isobelle Furler. Avstraliyalı bəstəkar və ifaçı
9. Dakota Johnson. Amerikalı aktrisa və model 
10. Jeremy Clarkson. Britaniyalı jurnalist və yazar.

Milli.Az




















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/394069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR