Meksikada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub (FOTO)

Meksikada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub (FOTO)
17:08 29 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Meksikada yaşayan azərbaycanlı icmanın nümayəndələri – tanınmış elm və mədəniyyət xadimləri də daxil olmaqla cəmiyyətin müxtəlif təbəqələrindən olan həmvətənlilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir İ.Muxtarov iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edərək, ənənəvi olaraq hər il keçirdiyimiz bu tədbirin həmrəylik və milli birliyimizin bir nümayişi olduğunu diqqətə çatdırıb, həmvətənlilərimizi Azərbaycanın təbliği və dövlət maraqlarının təmin edilməsi istiqamətində əməkdaşlığımızı güncəlndirməyə dəvət edib.

Sonra tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciəti oxunub.

Tədbirdə Azərbaycanın milli mətbəxt nümunələrindən ibarət ziyafət verilib, xalq musiqiləri səsləndirilib.

Bununla yanaşı, səfirlik tərəfindən ispan dilində hazırlanmış və Meksikada dərc edilmiş “Xocalıda soyqırım” jurnalı, “Azərbaycan mətbəxi” kitabı, həmçinin ispan dilinə tərcümə edilərək Meksikada dərc edilmiş “İrəvan xanlığı”, “Sumqayıt 1988: Cinayət və Cəza” kitabları, ispandilli “İRS” jurnalının buraxılışları tədbir iştirakçılarına paylanıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2475528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR