Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Unibank” Dünya Bankının layihəsi çərçivəsində ilk krediti verib

“Unibank” Dünya Bankının layihəsi çərçivəsində ilk krediti verib

Date: 29 December 2015 17:08


Bakı, 29 dekabr, AZƏRTAC
“Unibank” kənd təsərrüfatının inkişafına dəstək istiqamətində daha bir layihənin icrasına başlayıb.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, bank kənd təsərrüfatına dəstək layihəsi çərçivəsində Dünya Bankının vəsaiti hesabına ilk kreditini ayırıb. “Unibank”ın Dünya Bankı və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əməkdaşlığının nəticəsi olan layihənin məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara kömək olmaqdır.
“Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” adlanan bu layihə çərçivəsində “Unibank” kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrə 500 000 ABŞ dollarınadək sərfəli kredit təklif edir. Kreditlər 7 ilədək müddətə verilir.
Layihənin məqsədi Azərbaycanın aqro-ərzaq sektorunda fəaliyyət göstərən aqrobiznes müəssisələrinin rəqabətliliyinin, istehsalın, keyfiyyətin artırılması və texnologiyaların təkmilləşdirilməsinə dəstək olmaqdır. Kredit müştərinin istəyinə uyğun olaraq manat və ya ABŞ dolları ilə verilə bilər.
Layihə çərçivəsində kredit götürmək istəyən sahibkarlar “Unibank” biznesə dəstək sahəsində ixtisaslaşmış “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” və “Unibank biznes mərkəzi” filiallarına müraciət edə bilərlər. Həmçinin sahibkarlar bankın “Yasamal”, “8 saylı” və bütün region filiallarının xidmətlərindən də faydalana bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

Tags:  Unibank Dünya Bankının layihəsi çərçivəsində ilk krediti verib


RƏYLƏR


Top news