FHN Şəmkirdə taktiki-xüsusi təlim keçirib (FOTO)

FHN Şəmkirdə taktiki-xüsusi təlim keçirib (FOTO)
17:13 29 Dekabr 2015
90 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə Regional Mərkəzinin, nazirliyin qurumlarının regionda yerləşən struktur bölmələrinin, habelə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının qüvvələrinin iştirakı ilə dekabrın 28-29-da Şəmkir Su Elektrik Stansiyasının ərazisində taktiki-xüsusi təlim keçirilib.

Trend FHN-in saytına istinadən məlumat verir ki, təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı komandir-rəis heyətinin fövqəladə hal nəticəsində yaranmış vəziyyətin operativ qiymətləndirilməsi, idarəetmə və fəaliyyətin təşkili sahəsində təcrübələrinin daha da artırılması, şəxsi heyətin peşəkar vərdişlərinin gücləndirilməsi, aidiyyəti yerli icra hakimiyyəti orqanları və FHN-in qurumları arasında qarşılıqlı əlaqənin təşkilindən ibarət olub.

Təlimə 286 nəfər şəxsi heyət və 36 ədəd texnika cəlb olunub.

Təlimi Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev izləyib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2475531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR