"Azərbaycan - mənim Vətənim!" müsabiqəsinin qalibləri mükafatlandırılıb

"Azərbaycan - mənim Vətənim!" müsabiqəsinin qalibləri mükafatlandırılıb
17:13 29 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində “TuranBank”ın əməkdaşlarının övladları arasında keçirilən "Azərbaycan - mənim Vətənim!" adlı yaradıcılıq müsabiqəsinin qaliblərinin adları açıqlanıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, ilk üç yeri tutan Pəri Rüstəmova, Əkrəm Məhərrəmli və Rüfanə İbrahimliyə pul mükafatı mədaxil edilmiş “TuranBank”ın plastik kartı təqdim olunub. Maraqlı yaradıcılıq nümunələrinin müəllifləri olan digər iştirakçılar rəsm və dəftərxana ləvazimatlarından ibarət qiymətli hədiyyə dəsti ilə mükafatlandırılıblar.
Qeyd edək ki, qaliblər bank rəhbərliyindən ibarət münsiflər heyətinin qərarı ilə seçilib. Bankda çalışan əməkdaşların 5-14 yaş aralığında olan övladları arasında keçirilən müsabiqəyə təqdim olunan əl işlərinin mövzuları dövlət rəmzləri, ölkəmizin tarixi abidələri, adət-ənənələri, milli geyim və sənət əsərləri olub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotAzerbaycan___menim_Vetenim_quot_musabiqesinin_qalibleri_mukafatlandirilib-915355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR