Azərbaycan klubu devalvasiyaya görə legioner futbolçu almayacaq

Azərbaycan klubu devalvasiyaya görə legioner futbolçu almayacaq
17:22 29 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ Bakının "Zirə" klubunun baş məşqçisi Adil Şükürov futbolçu Nurlan Novruzovun əfv olunmasına münasibət bildirib. "Report"a açıqlama verən 38 yaşlı mütəxəssis artıq 22 yaşlı hücumçunun komanda ilə birgə təlim-məşq toplanışında iştirak edə biləcəyini deyib.
Onun sözlərinə görə, futbolçu əfv olunmasaydı, komandanın Türkiyənin Antalya bölgəsində keçirəcəyi toplanışda iştirak etməyəcəkdi: "Əfv olunubsa, bizimlə toplanışa gedəcək. Nurlanla müqavilə müddətini artırmışıq. Əfv olunmasaydı, Antalyaya getməyəcəkdi. Çünki dövlətimizin qanunu var və bu qanunlar hər kəs üçün eynidir".
Baş məşqçi transfer çalışmalarından da danışıb. O, "Qarabağ"dan ayrılan Vüqar Musatafyevlə anlaşdıqlarına dair xəbərləri təkzib edib: "Mustafayev yaxşı futbolçudur. Mən onu "Bakı"da olandan tanıyıram. Hələ ki, heç bir təklif etməmişik. Sadəcə, məşqçilər heyəti ilə birgə fikirləşib qərar verməliyik. Çalışırıq ki, hər bir mövqedə rəqabət olsun. Bu səbəbdən, bütün xətləri gücləndirməliyik. Amma bu gücləndirməyə legioner futbolçular dəvət olunmayacaq. Rəsmi olaraq Eduardo Makiel və Eltun Hüseynli ilə yollarımız ayrılıb".
A.Şükürov legioner futbolçuların transfer olmamasını devalvasiya ilə əlaqələndirib: "Hər bir klub kimi bizim də əvvəlcədən təsdiqlənmiş büdcəmiz var və onun əsasında da planlarımızı qururuq. Təbii ki, devalvasiya təsir edir. İndi heyətdə olan futbolçularla danışıb razılaşma şərtilə əmək haqlarına yenidən baxmaq fikrindəyik".
Qeyd edək ki, "Zirə" mövsümün ilk yarısını 29 xalla 3-cü pillədə başa vurub. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/adil-sukurov-efv-olunmasa-antalyaya-getmeyecekdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR