Gürcüstandan maşın gətirmək asanlaşır (VİDEO)

Gürcüstandan maşın gətirmək asanlaşır (VİDEO)
17:31 29 Dekabr 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev növbəti dəfə iş adamlarına müraciət edib.

ANS TV-nin məlumatına görə, komitə rəhbəri Tovuzda iş adamları, eləcə də sərhəddi keçən vətəndaşlarla görüşdən sonra bəyan edib ki, sahibkarlar gömrükdə neqativ halla qarşılaşarsa, müxtəlif vasitələrdən istiadə edərək problemlərini rəhbərliyə çatdırsın:

“Azərbaycan Respublikasının Gömrük Xidməti ilk orqanlardan biridir ki, komitə rəhbəri ilə virtual ünsiyyət qurulur. Sahibkarlara meraciət edərək, qeyd etmək istəyirəm ki, mənə yazılı müraciət əgər mən işdəyəmsə bir neçə dəqiqədən sonra e-mail ünvanıma çatdır. Əmin ola bilərsiz ki, müraciətin qərəzsiz araşdırılması üçün işlər aparılır. Əgər hər hansı bir problem yaranarsa onda sahibkarların özləri bizə birbaşa, vasitəçisiz müraciət edə bilərlər. Biz hər zaman ölkə sahibkralarına xidmət etməyə hazırıq”.



Bundan əlavə A.Əliyev Gürcüstandan Azərbaycana gələn avtomobillərə görə tələb olunan depozitin aradan qaldırılması istiqamətində müzakirələr aparıldığını da deyib.

DGK sədrinin sözlərinə görə, bu məsələ ölkə başçısı İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində bu ölkədə yaşayan azərbaycanlılar tərəfindən qaldırılıb.

"Ümid edirik ki, 15-20 gündən gec olmayaraq depozit məsələsinin aradan qaldırılması istiqamətində razılıq əldə olunacaq".


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368432

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR