Müəllimlərə Yeni il qadağasına aydınlıq gətirildi

Müəllimlərə Yeni il qadağasına aydınlıq gətirildi
17:36 29 Dekabr 2015
216 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxt məktəblərində müəllimlərə qoyulan qadağaya Təhsil Nazirliyindən rəsmi açıqlama gəldi.

Qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun ANS PRESS-ə verdiyi məlumata görə belə bir qadağa ümumiyyətlə qüvvədə deyil.

" Bu barədə məktəblərə xəbərdarlıq olunmayıb. Ümumiyyətlə belə fikirlərin nazirlik adından səsləndirilməsini başa düşmürəm. Biz müəllimərə deyə bilmərik ki şagirdlərlə birgə restoranda bayram keçirmə,bu barədə heç bir məktəbə göstəriş verilməyib."


Cəsarət Valehov - TN-in mətbuat xidmətinin rəhbəri


Yayılan məlumatlara görə Təhsil Nazirliyi müəllimlərin Yeni il bayramı və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı restoranlarda təşkil edilən bayram şənliyində iştirakına qadağa qoyub.

Belə ki, paytaxtın bir çox məktəblərinin şagirdləri yeni ili qeyd etmək üçün əvvəlcədən restoranlarda bayram şənliyi təşkil etmək üçün razılaşıblar. Amma şagirdlərlə birgə müəllimlərin həmin tədbirə qatılmasına nazirlik məhdudiyyət tətbiq edib. Buna görə də bəzi müəllimlər mərasimlərə qatılmaqdan son anda imtina ediblər.



Qeyri-rəsmi qadağaya əməl etməyən müəllimlərin cəzalandırılacağı da vurğulanıb. Nazirliyin qadağasını müəllimlərə, sinif rəhbələrinə çatdıran direktorlar məktəbin adının qadağaya əməl etməyənlər sıyahısına düşməməsi üçün ciddi tapşırıqlar verib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368393

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR