400-ə yaxın bələdiyyə sədri məsuliyyətə cəlb edilib

400-ə yaxın bələdiyyə sədri məsuliyyətə cəlb edilib
17:37 29 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

Ədliyyə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu gün ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə kollegiya iclası keçirilib.

Kollegiyada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hazırlanmış illik məruzəyə də baxılıb.

 Bildirilib ki, 2015-ci ildə inzibati nəzarət qaydasında yoxlanılmış bələdiyyə aktlarının sayı 59000-ə çatıb, onlardan 2000-dən çox akt nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. Pozuntulara yol vermiş 388 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar hüquqi qiymət verilməsi üçün 65 material prokurorluğa göndərilib. Eyni zamanda, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 1.405 hektar torpaq sahəsi geri qaytarılıb.

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin gücləndirilməsinin, mövcud nöqsan və çatışmazlıqların səbəblərinin təhlil olunub aradan qaldırılmasının, metodiki yardımın keyfiyyətinin artırılmasının zəruriliyi vurğulanıb, Milli Məclisə təqdim olunacaq illik məruzənin təkmilləşdirilməsi ilə bağlı əlavə tapşırıqlar verilib.

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/394078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR