Məsuliyyətsiz ədliyyə işçiləri cəzalandırıldılar

Məsuliyyətsiz ədliyyə işçiləri cəzalandırıldılar
17:52 29 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Ədliyyə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu gün ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə kollegiya iclası keçirilib.

Kollegiyada "Vətəndaşların müraciətləri haqqında" yeni Qanunun ədliyyə orqanlarında icrası üzrə tədbirlər müzakirə edilib, bu zaman dövlət başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaş məmnunluğuna nail olunması ilə bağlı tapşırıqları vurğulanıb.

Bildirilib ki, ədliyyə orqanlarında insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması diqqətdə saxlanılaraq bu sahədə məqsədyönlü işlər görülüb, cari ildə nazirliyə daxil olmuş 40 minədək vətəndaş müraciətinə baxılıb, 9.300-dən çox vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, bu zaman qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb. Vətəndaş müraciətlərinə baxılmasında nöqsanlara yol verdiyinə görə 34 ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub.

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/394080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR