Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Klub prezidentindən "Sky" kanalına qadağa

Klub prezidentindən "Sky" kanalına qadağa

Date: 29 December 2015 17:57

"Leeds United" klubunun sahibi Massimo Çellino "Sky" telekanalının əməkdaşlarını stadiona buraxmamaq barədə göstəriş verib. Goal.az "BBC Sport"a istinadən xəbər verir ki, Çellino oyunların canlı yayımlanmasının arenadakı tamaşaçı sayına təsir göstərdiyinə əmindir. "Leeds"in artıq 9-cu oyunu televiziyadan canlı yayımlanır. Bu isə 24 oyun keçirmiş komanda üçün çoxdur.
"Liqa rəhbərliyi "Sky" kanalı əməkdaşlarının "Elland Road" stadionuna buraxılmamasından xəbərdardır. Biz "Leeds" rəhbərliyi ilə əlaqə saxlayıb klubun öhdəliklərini onlara xatırlatdıq", - "Championship"in mətbuat xidməti bəyanat yayıb.

Milli.Az


Tags:  Klub prezidentindən Sky kanalına qadağa

RƏYLƏR


Top news