MTRŞ sədri: “Kadr potensialının zəifliyi açıq görünür”

MTRŞ sədri: “Kadr potensialının zəifliyi açıq görünür”
17:59 29 Dekabr 2015
22 Sosial
Ölkə mətbuatı
A- A+

“Teleradio  məkanında kadr problemi bizi çox düşündürür. Teleradio məkanında kadr potensialının zəifliyi və özünü doğrultmaması açıq görünür”.

 

Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli söyləyib.

 

N. Məhərrəmli deyib ki, verilişlərinin keyfiyyətinin aşağı olması da birbaşa kadrlardan asılı olan məsələdir: “Əgər rəhbər vəzifələrə orta bilik səviyyəsi olan insanı dəvət edərsənsə, təbii ki, o da ətrafına səviyyəsindən aşağı olan insanları dəvət edir. Bununla da teleradio məkanında keyfiyyətli verilişlərin sayı azalır”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227031

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR