Ədliyyə Nazirliyinin 34 əməkdaşı cəzalandırılıb

Ədliyyə Nazirliyinin 34 əməkdaşı cəzalandırılıb
17:59 29 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Ədliyyə Nazirliyində nazir Fikrət Məmmədovun sədrliyi ilə kollegiya iclası keçirilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda ötən ay peşə bayramı ərəfəsində bir qrup ədliyyə işçisinin orden və medallara layiq bilinməsi qeyd olunaraq, təltif olunmuş əməkdaşlara nazir F.Məmmədov tərəfindən bu yüksək dövlət mükafatları təqdim edilib.

Kollegiyada “Vətəndaşların müraciətləri haqqında” yeni qanunun ədliyyə orqanlarında icrası üzrə tədbirlər müzakirə edilib, bu zaman dövlət başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaş məmnunluğuna nail olunması ilə bağlı tapşırıqları vurğulanıb.

Bildirilib ki, ədliyyə orqanlarında insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması diqqətdə saxlanılaraq bu sahədə məqsədyönlü işlər görülüb, cari ildə nazirliyə daxil olmuş 40 minədək vətəndaş müraciətinə baxılıb, 9.300-dən çox vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, bu zaman qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb. Vətəndaş müraciətlərinə baxılmasında nöqsanlara yol verdiyinə görə 34 ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub.

İclasda qanundan irəli gələn vəzifələr və həmçinin, bu sahədə mövcud problem və çatışmazlıqlar müzakirə edilərək vətəndaş müraciətləri ilə işin yeni qanunun tələblərinə uyğun daha səmərəli qurulması, o cümlədən bu vacib sənədin dərindən öyrənilməsi və dəqiq tətbiqi, müraciətlərdə qaldırılan məsələlərə, xüsusilə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə şikayətlərə diqqətlə yanaşılması və onların çevik həlli, vətəndaşların qəbulu işinin təkmilləşdirilməsi, səyyar və virtual qəbulların daha geniş təşkili və s. konkret tədbirlər müəyyən olunub.

Kollegiyada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hazırlanmış illik məruzəyə də baxılıb. Bildirilib ki, 2015-ci ildə inzibati nəzarət qaydasında yoxlanılmış bələdiyyə aktlarının sayı 59.000-ə çatıb, onlardan 2.000-dən çox akt nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. Pozuntulara yol vermiş 388 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar hüquqi qiymət verilməsi üçün 65 material prokurorluğa göndərilib. Eyni zamanda, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 1.405 hektar torpaq sahəsi geri qaytarılıb.

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin gücləndirilməsinin, mövcud nöqsan və çatışmazlıqların səbəblərinin təhlil olunub aradan qaldırılmasının, metodiki yardımın keyfiyyətinin artırılmasının zəruriliyi vurğulanıb, Milli Məclisə təqdim olunacaq illik məruzənin təkmilləşdirilməsi ilə bağlı əlavə tapşırıqlar verilib.

Eyni zamanda, iclasda ədliyyə orqanlarının fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlərin nəticələri müzakirə olunub, növbəti il üçün əsas prioritetlər, o cümlədən icra və notariat xidmətlərinin, ekspertiza fəaliyyətinin müasirləşdirilməsi, insan hüquqlarının təminatı və vətəndaş məmnunluğunun yüksəldilməsi üzrə əlavə işlərin görülməsi və digər konkret tədbirlər müəyyən edilib.

Bununla yanaşı, ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ-hüquqi akt layihələrinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sumqayıtda azot, Lənkəran çayında codluq normadan çoxdur

27 İyul 2017 04:43

Cici yeni reklamda - FOTO

27 İyul 2017 04:32

Rusiyada 4 işçi kanalizasiyada qazdan boğularaq öldü

27 İyul 2017 04:14

Lənkəran toyunda dava düşdü

27 İyul 2017 03:48

Onun əlləri nə edir? - FOTO

27 İyul 2017 03:32

Lənkəranda toydan sərxoş qayıdan şəxs qonşularına xəsarət yetirib

27 İyul 2017 03:22

Merkel Ərdoğan və Trampı təqlid etdi

27 İyul 2017 02:48

Fəal "Facebook" istifadəçilərinin sayı cari ilin II rübündə 2 milyardı ötüb

27 İyul 2017 02:37

Lənkəranda toyda dava düşdü - yaralananlar var

27 İyul 2017 02:34

Züheyr Muraddan yeni kolleksiya - FOTO

27 İyul 2017 02:32

“Stress çarxı”nın rəqibi peyda oldu

27 İyul 2017 02:20

"Neftçi" "Şalke"yə belə məğlub oldu - VİDEO

27 İyul 2017 02:03

Tablolardan paltarlar - FOTO

27 İyul 2017 01:32

Barmağı telefona çevirən “ağıllı” üzük

27 İyul 2017 01:30

Gürcüstan telekanalında yanğın oldu

27 İyul 2017 01:29

"Neftçi" Almaniyanın "Şalke" klubuna məğlub olub

27 İyul 2017 01:22

Çempionlar Liqasında gecənin NƏTİCƏLƏRİ

27 İyul 2017 01:14

Çempionlar Liqasında III təsnifat mərhələsinin daha 9 oyunu keçirilib

27 İyul 2017 01:02

Goranboyda maşın aşdı - Yaralananlar var - FOTO

27 İyul 2017 00:48

Hacıqabulda 4 otaqlı ev yandı

27 İyul 2017 00:34

ABŞ-da təyyarə avtomobil yoluna düşüb, ölənlər var

27 İyul 2017 00:32

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiyası edib

27 İyul 2017 00:30

Tillerson istefa xəbərlərini təkzib etdi

27 İyul 2017 00:29

Astroloji proqnoz - 27 iyul

27 İyul 2017 00:13

17 yaşlı oğlan özünü asdı - Şəkidə

27 İyul 2017 00:09

"Leipzig" Keytanı satmaq barədə düşünə bilər

27 İyul 2017 00:05

Günün qoroskopu: diqqəti əldən verməyin

27 İyul 2017 00:05

Fatih Terim 3,5 milyon avro təzminat alacaq

27 İyul 2017 00:04

Tramp maaşından imtina etdi

27 İyul 2017 00:03

Kaxaber Sxadadzenin yerinə ispan mütəxəssis

26 İyul 2017 23:57

Bellanı bir də belə görün - FOTO

26 İyul 2017 23:57

Bürclər – 27 İYUL

26 İyul 2017 23:55

Mustafa Ceceli və yeni həyat yoldaşı bal ayından qayıtdı - FOTO

26 İyul 2017 23:52

ABŞ-da ev balığını öldürən şəxs 4 ay müddətinə həbs olunub

26 İyul 2017 23:47

"Bavariya" "Real" qədər böyük klubdur"

26 İyul 2017 23:47

Çəkilmədiyi film üçün Şarliz Terona kömək etdi

26 İyul 2017 23:42

Bakıda atasını itirən qızdan DƏHŞƏTLİ ƏMƏL

26 İyul 2017 23:37

"Sanki xalq düşməniyəm"

26 İyul 2017 23:37

Elmdə müdhiş sıçrayış

26 İyul 2017 23:37

Tramp maaşını ABŞ Təhsil nazirliyinin hesabına köçürüb

26 İyul 2017 23:32

Azərbaycan neftinin SON QİYMƏTİ

26 İyul 2017 23:27

Tramp maaşını təhsil nazirliyinə verdi

26 İyul 2017 23:24

Körpələrə verilən köməkçi qidanın həcmi nə qədər olmalıdır?

26 İyul 2017 23:22

Natavanın toydan sonra qayınatasıgildə ilk fotosu

26 İyul 2017 23:22

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini olduğu kimi saxlayıb

26 İyul 2017 23:20

Sığorta şirkəti öhdəliyini yerinə yetirmir: Vətəndaş sığorta pulunu ala bilmir - VİDEO

26 İyul 2017 23:17

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiya edib

26 İyul 2017 23:05

Salyan sakini avtomobili aşırdı - FOTOLAR

26 İyul 2017 23:03

Həbib Əlizadədən növbəti kreativ addım - VİDEO

26 İyul 2017 22:57

Dərinin yanmadan qorunması üsulları

26 İyul 2017 22:57