Füzuli rayonundan olan məcburi köçkünlər üçün bayram süfrəsi açılıb

Füzuli rayonundan olan məcburi köçkünlər üçün bayram süfrəsi açılıb
18:03 29 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Füzuli, 29 dekabr, AZƏRTAC
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı və Horadiz şəhərlərində Füzuli rayonundan olan məcburi köçkünlərlə görüşlər keçirilib, bayram süfrələri açılıb.
AZƏRTAC xəbər verir ki, Qarabağ müharibəsi əlilləri, şəhid və imkansız məcburi köçkün ailələri üçün Bakıda keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Alı Alıyev və Milli Məclis sədrinin müavini Bahar Muradova füzulililəri qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək xoş arzularını çatdırıb, ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışıblar.
Görüşdə rayon sakinlərinin müraciət və təklifləri dinlənilib. Məcburi köçkünlər tərəfindən qaldırılan məsələlərin bir çoxu həll edilib, bəziləri isə nəzarətə götürülüb.
Məcburi köçkünlər onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Rayonun mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı iştirakçılarda xoş ovqat yaradıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fuzuli_rayonundan_olan_mecburi_kochkunler_uchun_bayram_sufresi_achilib-915366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR