Bələdiyyənin maliyyə əyintiləri ilə bağlı 65 material prokurorluğa göndərilib

Bələdiyyənin maliyyə əyintiləri ilə bağlı 65 material prokurorluğa göndərilib
18:08 29 Dekabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2015-ci ildə pozuntulara yol vermiş 388 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Trend Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, inzibati nəzarət qaydasında yoxlanılmış bələdiyyə aktlarının sayı 59.000-ə çatıb, onlardan 2.000-dən çox akt nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib.

Bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar hüquqi qiymət verilməsi üçün 65 material prokurorluğa göndərilib. Eyni zamanda, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 1.405 hektar torpaq sahəsi geri qaytarılıb.

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyin gücləndirilməsinin, mövcud nöqsan və çatışmazlıqların səbəblərinin təhlil olunub aradan qaldırılmasının, metodiki yardımın keyfiyyətinin artırılmasının zəruriliyi vurğulanıb, Milli Məclisə təqdim olunacaq illik məruzənin təkmilləşdirilməsi ilə bağlı əlavə tapşırıqlar verilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2475572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR