​"Vneşekonombank"ın iflasdan xilas olunması üçün 18 mlrd. dollar lazımdır

​"Vneşekonombank"ın iflasdan xilas olunması üçün 18 mlrd. dollar lazımdır
18:22 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ Rusiyada dövlət layihələrinin sponsoru olan "Vneşekonombank" (VEB), Qərbin sansksiyalarından sonra çətin vəziyyətə düşüb. Bankın xilas edilməsi üçün 18 mlrd. dollar vəsaitə ehtiyac olduğu bildirilir.
"Report" xəbər verir ki, Soçi Olimpiadasının əsas sponsorlarından olan "Vneşekonombank"ın xilas edilməsi Kreml üçün bu günə qədər yaranmış ən bahalı xilasetmə əməliyyatı ola bilər. Prezident Vladiir Putin VEB-i Rusiyanın dövlət liderliyində maliyyə gücü kimi istifadə etmək, dövlətin VEB-ə dəstəyi və zaminliyi ilə Qərbdən ucuz maliyyə vəsaitlərini cəlb edərək prioritet layihələrə yatırmaq istəyirdi.
Lakin 2014-cü ildə Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edərək VEB-in kreditləşməsini dayandırıb, bununla da Bankın maliyyə problemləri yaranıb. Ekspertlərin fikrincə, Bankın xilas edilməsi 1,3 trln. rubla (18 mlrd. dollar) başa gələ bilər. Neftin qiymətinin kəskin azaldığı bir şəraitdə yüksək büdcə kəsiri ilə üzləşən Rusiya höküməti üçün əlavə vəsaitin ayrılmasının xeyli çətinlik yaradacağı proqnozlaşdırılır. 
Rusiyanın baş naziri Dmitri Medvedyev VEB-in xilas edilməsindən danışarkən Bankın İdarə Heyətinə müraciət edib: "Hökümət VEB-in maliyyə və ya iqtisadi çətinliklərlə, xarici sanksiyalarla təkbaşına mübarizə etməyə izn verə bilməz". 
Qeyd edək ki, V.Putin dekabrın əvvəlində çıxışlarının birində VEB-in yaxın illərdə 7,3 mlrd. dollar borc qaytarmaq məcburiyyətində olduğunu, Bankın hökumətdən başqa heç bir köməyinin olmadığını bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/vnesekonombank-i-iflasdan-xilas-olunmasi-ucun-18-mlrd-dollar-lazimdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR