Tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edilir

Tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edilir
18:38 29 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC 
Dekabrın 29-da “Elektron Təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu qurumun Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev müsabiqəyə marağın böyük olduğunu söyləyib.
Qeyd olunub ki, müsabiqənin əsas məqsədi elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini genişləndirmək, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa təşviq etmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqədə ümumtəhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər.
“Müəllim” və “Şagird” istiqaməti üzrə 6 nominasiyada keçirilmiş müsabiqənin şəffaflığını təmin etmək məqsədilə qiymətləndirmə mərhələləri onlayn təşkil olunub, qəbul edilmiş işlər üzrə onlayn müzakirələrə şərait yaradılıb.
Qaliblərə diplom, noutbuk, planşet, printer və digər mükafatlar təqdim olunub.







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tedris_prosesinde_informasiya_texnologiyalarindan_feal_istifade_edilir-915387

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR