Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rasim Əliyevin valideynləri daha bir vəkillə müqavilə bağlayıblar

Rasim Əliyevin valideynləri daha bir vəkillə müqavilə bağlayıblar

Date: 29 December 2015 18:42

Döyüldükdən sonra xəstəxanada dünyasını dəyişən ann.tv saytının əməkdaşı Rasim Əliyevin hüquqi varisinin hüquqlarının müdafiəsinə daha bir vəkil qoşulub.

"Report"un xəbərinə görə, R.Əliyevin hüquqi varisinin hüquqlarını Fariz Namazlı da müdafiə edəcək.
R.Əliyevin hüquqi varislərinin digər vəkili Əsabəli Mustafayev "Report"a açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qəti imkan tədbiri seçilib. O cümlədən, "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.
R.Əliyevi döyərək öldürməkdə təqsirləndirilən E.İsmayılov, C.Məmmədov, A.Əliyev, K.Mədətov və S.Mustafayevin cinayət materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Məhkəmə gələn ilin yanvarın 5-də başlayacaq. Prosesə sədrliyi hakim Eldar İsmayılov edəcək.

Milli.Az


Tags:  Rasim Əliyevin valideynləri vəkillə müqavilə bağlayıblar


RƏYLƏR


Top news