Lənkəranın iki məktəbi “İlin ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibi olub

Lənkəranın iki məktəbi “İlin ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibi olub
18:43 29 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 29 dekabr, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin ilin ən yaxşı ümumi təhsil müəssisələrinin mükafatlandırılması ilə bağlı imzaladığı Sərəncamda Lənkəranın iki təhsil müəssisəsinin - şəhər 6 nömrəli məktəb-liseyin və şəhər 10 nömrəli tam orta məktəbin də adları var.
Şəhər 6 nömrəli məktəb-liseyin direktoru Akif Xalıqov AZƏRTAC-a bildirib ki, hazırda 528 şagirdin oxuduğu təhsil müəssisəsi ilk dəfədir ən yaxşı məktəb müsabiqəsində qaliblər sırasında yer alır. Təhsil müəssisində çalışan 57 müəllimin hər biri bundan sonra da öz fəaliyyəti ilə bu uğurun davamlı olmasına səy göstərəcək.
Qazanılan uğuru pedaqoji kollektivin əməyinə verilən ən böyük mükafat kimi dəyərləndirən A.Xalıqov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
129 müəllimin çalışdığı Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin kollektivi isə ikinci dəfədir bu sevinci yaşayır. Bu, məktəbin şagirdlərinin son illər əldə etdiyi uğurların, ali məktəblərə qəbul imtahanları zamanı topladığı balların və qalib olduğu müsabiqələrin nəticəsidir.
Məktəbin direktoru Qadir Axundov qazanılan uğurların səbəbini belə izah edib: “Məktəbimizdə son 4 ildə ən azı bir nəfər təhsil müəssisəsini qızıl medalla bitirib. Bundan başqa, ali məktəblərə qəbul imtahanları zamanı hər il ən azı iki-üç nəfər 600-dən yuxarı bal toplayıb. İşimizə verilən bu qiymətə görə dövlətimizin başçısına minnətdarıq.”

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranin_iki_mektebi_Ilin_en_yaxsi_umumi_tehsil_muessisesi_musabiqesinin_qalibi_olub-915392

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR