Təbriz Həsənov: "Sankt-Peterburqda hər oyuna maksimum nəticə üçün çıxacağıq"

Təbriz Həsənov: "Sankt-Peterburqda hər oyuna maksimum nəticə üçün çıxacağıq"
18:47 29 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

Sankt-Peterburqa ikinci qış gəlib (22 Aprel 2017 22:17)
Sankt-Peterburqda partlayış baş verib: (13 Aprel 2017 22:50)
Peterburqda daha bir metro stansiyası bağlandı (08 Aprel 2017 11:12)

Bakı. 29 dekabr. REPORT.AZ/ 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov affa.az saytına müsahibə verib. "Report" həmin müsahibəni təqdim edir.
- Dekabrın 18-dən təlim-məşq toplanışındasınız. Hazırlıq prosesi necə gedir?
- Toplanışa 24 futbolçu dəvət etmişdik. Sonradan müxtəlif səbəblərdən heyətdə müəyyən dəyişikliklər etməli olduq. Dekabrın 25-nə qədər olan müddətdə məqsədimiz namizəd futbolçuları yoxlamaq, eyni zamanda Məşqçilər Komitəsinin təklifi ilə təşkil edilən mini-turnirdə iştirak idi. Oyunlardan sonra Sankt-Peterburqa - Valentin Qranatkinin xatirə turnirinə aparacağımız futbolçuların siyahısını müəyyənləşdirməli idik. Hazırlığın birinci mərhələsində oyunu və hazırlığı bizi qane etməyən futbolçuları klublarına yola saldıq.
- Hazırlığın müddətini daha 5 gün uzatmağınızın səbəbi nədir?
- Dekabrın 25-dən 30-na qədər olan müddət sırf turnirə hazırlıq məqsədi daşıyır. Yarışa kimləri aparacağıqsa, onlara əlavə məşqlər keçmək üçün bu addımı atdıq.
- Toplanış müddətində U-18 və U-20 ilə yoxlama oyunları keçirdiniz. Hər iki oyunu ayrı-ayrılıqda necə dəyərləndirərdiniz?
- İstər U-18, istərsə də U-20 ilə oyunlara tam heyətlə çıxa bilmədik. Əvvəla, xarici klublarda çıxış edən futbolçularımızı toplanışa dəvət etməmişdik. Çünki orada çempionat davam edir. Bundan başqa, müdafiə xəttində yer alan futbolçularımızdan 1-2 nəfəri zədəli olduğundan, onları da meydana buraxmağa ehtiyat etdik. Ümumi götürdükdə hər iki oyunda müsbət və mənfi məqamlar oldu. Müdafiə xəttində problemlərimizin olduğunu gördüm. U-18-i udmağımız, U-20 ilə heç-heçə etməyimiz bu komandalardan üstün olmağımız anlamına gəlməməlidir. Hər iki komanda yenidir və ilk dəfə bir yerə yığılmışdı. Buna görə də hazırlıqsız idilər.
- Hər iki oyunu Məşqçilər Komitəsinin üzvləri də izlədilər. Onların hansısa tövsiyəsi oldumu?
- Əlbəttə, oyunlardan sonra komitə üzvləri ilə görüşlərimiz oldu, fikir mübadiləsi apardıq. Komandanı gücləndirmək üçün hansı işlərin görülməsinin vacibliyi bildirildi. Seleksiya işlərini gücləndirəcəyik. Qarşıda 5 ay vaxtımız qalıb. Düzdür, bu müddət məşqçi üçün komandanı komplektləşdirmək, futbolçuların səviyyəsini qaldırmaq baxımından çox azdır. Artıq komandanın özəyi qurulub. Ola bilsin, 1-2 futbolçu dəvət edək.
- Gələn il U-17 üçün ilk ciddi sınaq Valentin Qranatkinin xatirəsinə təşkil ediləcək beynəlxalq turnir olacaq. Artıq rəqiblər məlumdur. Yığmamızın yer aldığı qrupla bağlı nə deyə bilərsiniz?
- Latviya millisi haqda geniş məlumatım yoxdur. Onların ötənilki oyunlarına baxmışıq, komanda qrup mərhələsini adlaya bilməmişdi. Amma Sloveniya yığması haqda xoş sözlər söyləmək olar. Latviyadan fərqli olaraq Sloveniya yığması Avropa çempionatının final mərhələsinə qədər irəliləməyi bacarıb. Üstəlik, onlar qrup mərhələsində Türkiyə millisini 5:0 hesabı ilə məğlub etmişdi. Bolqarıstana gəldikdə onlar ötən il Bakıda Caspian Cup turnirində mübarizə aparıb. Mayda isə ölkələrində keçirilən U-17 Avropa çempionatının final mərhələsində çıxış ediblər. Yəni qrupumuzda yer alan komandalardan ikisi artıq Avropa çempionatının final mərhələsində güclərini sınayıb. Məşqçi kimi güclü rəqiblərlə qarşılaşmağın tərəfdarıyam. Çünki belə oyunların komandaya ancaq faydası olur. Hər oyuna maksimum nəticə əldə etmək üçün çıxacağıq. Komandamızın gücünü müəyyənləşdirməliyik.
- Turnirdə futbolçularımız yaşca özlərindən böyüklərə qarşı mübarizə aparacaqlar. Bu, sizi narahat etmir?
- Əslində, böyüklərlə oynamağı özüm də istəyirəm. Əvvəla, belə oyunların sürəti yüksək, təkbətək mübarizələr isə daha sərt olur. Bu turnirdə iştirak bizim üçün vacibdir. Çünki U-17 gələn ilin mayında Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək. Bakıya gələcək komandaların səviyyəsi ən azı Sankt-Peterburqda iştirak edəcək yığmalara bərabər olacaq. Çünki gələn komandalar həm fiziki, həm də taktiki-texniki çəhətdən güclü olurlar. Biz də həmin çempionatda yaxşı çıxış etmək üçün bu cür turnirlərə qartılmalı, gücümüzü yoxlamalıyıq. Turnirdən sonra komandanın mənfi və müsbət cəhətləri üzə çıxacaq. Təbii ki, həlledici mərhələyə qədər zəif mövqelərimizi gücləndirməyə çalışacağıq.
- İlin sonu olduğundan, əksər futbolçular istirahət haqda düşünürlər. Belə məqamda onları məşqlərə kökləmək çətin olmur?
- Çətinlik var. Çempionatın sonudur, uşaqlarda yorğunluq hiss olunur. Bəzi futbolçular Premyer Liqa oyunlarında iştirak edirlər. Bütün bunları nəzərə alıb, məşq proqramını elə qururuq ki, onlar yüngül məşqlərlə bərpa olunsunlar. Təbii ki, iştirak edəcəyimiz turnirin mahiyyətini anlayır və futbolçulardan maksimum dərəcədə motivasiya olmalarını istəyirik.
- Zədə və digər səbəblərdən turnirə apara bilməyəcəyiniz futbolçular varmı?
- Əfsuslar olsun ki, zədədən qaça bilmədik. Məhəmməd Hüseynov və Ümid Dərrahı zədə üzündən yarışa apara bilməyəcəyik. Komandanın kapitanı Elçin Əsədovun zədəsi davam edir. Onu yoxlama oyunlarında da meydana buraxmadıq. Həkimlər çalışır ki, Sankt-Peterburqa yollanana qədər futbolçunun zədəsini sağaltsınlar.
- Toplanış müddətində sizi sevindirən məqamlar hansılar oldu?
- Təbii ki, problemlər var, amma bu haqda çox danışmaq istəmirəm. Toplanış müddətində futbolçuların hazırlıq səviyyəsini yoxladıq, rəqabətə davam gətirməyənləri klublarına yola saldıq. Sevindirici məqam isə Almaniyanın “Leipziq” klubundan dəvət etdiyimiz Murad Mahmudovun çıxışı oldu. O, 2000-ci il təvəllüdlü olsa da, oyunu xoş təəssürat bağışladı. Sanki komandada çoxdandır çıxış edir. Mini-turnirdəki çıxışımız da məni sevindirən məqamlardandır. Uşaqlar yaxşı oynadılar, mübarizə apardılar. Təəssüfləndiyimiz məqam isə zədə üzündən bəzi futbolçuları turnirə apara bilməməyimizdir.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Göz rənglərinə görə insan tipləri

24 Aprel 2017 03:56

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 03:38

Vittoriya kamera qarşısında - FOTO

24 Aprel 2017 03:32

İngiltərə Premyer Liqasının ən yaxşısı bəlli oldu

24 Aprel 2017 02:54

Messi 500-ə çatdı

24 Aprel 2017 02:43

Dovşan ətini yemək olarmı?

24 Aprel 2017 02:38

Rianna yeni reklamda - FOTO

24 Aprel 2017 02:32

Nyu-Yorkda yaşayış binasında yanğın: 5 ölü

24 Aprel 2017 02:24

Cocuq Mərcanlıda partlamamış hərbi sursatlar aşkarlandı

24 Aprel 2017 01:58

“Suka” olmaq istəməyən “kriminal generallar”ın dəhşətli ölümləri - VİDEO

24 Aprel 2017 01:33

Kendall Merilin obrazında - FOTO

24 Aprel 2017 01:32

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 01:29

"Ginnesin Rekordlar Kitabı"na düşən azərbaycanlılar

24 Aprel 2017 01:21

Messi “Barselona”da 500-cü qolunu vurdu

24 Aprel 2017 01:19

"Barselona" "El-Klassiko"da qələbə qazandı

24 Aprel 2017 01:03

Madriddə triller: 5 qol, qırmızı vərəqə, Messinin benefisi

24 Aprel 2017 00:58

Le Pen seçkilərdən sonra ilk dəfə danışdı

24 Aprel 2017 00:56

Messi son saniyələrdə "Real"a ŞOK YAŞATDI

24 Aprel 2017 00:47

Fransada prezident seçkilərinin iki namizədi ikinci tura adladı

24 Aprel 2017 00:44

Yumurtanın təzə olub-olmadığını öyrənmək üçün

24 Aprel 2017 00:34

Türkiyə klubunun futbolçusu özünü asdı

24 Aprel 2017 00:18

Tanınmış futbolçu intihar etdi

24 Aprel 2017 00:16

Astroloji proqnoz - 24 aprel

24 Aprel 2017 00:13

Bu videoya baxmaq ürək istəyir

24 Aprel 2017 00:09

Günün qoroskopu: tənbəllik və süstlük etməyin

24 Aprel 2017 00:05

Kubok "Qarabağ"a təqdim olundu

23 Aprel 2017 23:58

İki yol qəzasında 3 nəfər xəsarət alıb

23 Aprel 2017 23:57

4 otaqlı ev yanıb

23 Aprel 2017 23:57

Möhtəşəm su festivalı Mingəçevirdə - FOTOLAR

23 Aprel 2017 23:53

Türkiyədə futbolçu intihar edib

23 Aprel 2017 23:52

“Qaziantepspor”un futbolçusu intihar etdi

23 Aprel 2017 23:49

Yaşlandıqca uşaqlaşır, öldüyünə inanır

23 Aprel 2017 23:44

İŞİD-dən gözlənilməz hücum: 10 hərbçi həlak oldu

23 Aprel 2017 23:43

İkardi Vierinin 16 illik nəticəsini təkrarladı

23 Aprel 2017 23:42

Sakit okeanda ABŞ-Yaponiya birgə hərbi təlimləri başladı

23 Aprel 2017 23:28

Xəsarətlə nəticələnən yol qəzası baş verib

23 Aprel 2017 23:27

Avtomobil 60 yaşlı qadını vurdu - Biləsuvarda

23 Aprel 2017 23:24

İlk görüşdə seks faydalıdır

23 Aprel 2017 23:23

İŞİD silahlıları İraqda hərbi nəqliyyata hücum ediblər: 10 ölü, 20 yaralı

23 Aprel 2017 23:17

"Qarabağ" kuboku aldı

23 Aprel 2017 23:13

Ərinin 18 il əvvəlki fotosunu paylaşdı

23 Aprel 2017 23:12

İnsanları anında tanıyın

23 Aprel 2017 23:10

Adriana Lima yenə libası ilə diqqət çəkdi - FOTO

23 Aprel 2017 23:05

Ev əşyaları ilə birgə yandı

23 Aprel 2017 23:00

Fransada prezident seçkilərinin ilkin nəticələri açıqlandı

23 Aprel 2017 22:58

Gürcüstanda ağır qəza: 6 ölü, 1 yaralı

23 Aprel 2017 22:54

Hərbçilərin qisası PKK-dan alındı

23 Aprel 2017 22:53

Parisin mərkəzində etiraz aksiyası başlayıb

23 Aprel 2017 22:47

Qüdrət Həsənquliyev: “Son vaxtlar Konstitusiyaya zidd qanunlar qəbul edirik”

23 Aprel 2017 22:43

Fransa DİN-i Le Peni prezident seçkilərinin favoriti adlandırıb

23 Aprel 2017 22:42