ARDNF-in 2016-cı il büdcəsindən “Cənub” qaz dəhlizi layihələrinə 1,8 milyard manat xərclənəcək

ARDNF-in 2016-cı il büdcəsindən “Cənub” qaz dəhlizi layihələrinə 1,8 milyard manat xərclənəcək
18:48 29 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı il büdcəsindən “Cənub” qaz dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 1 milyard 822 milyon 800,0 min manat vəsait xərclənəcək.
AZƏRTAC xəbər verir ki, “Cənub” qaz dəhlizi Trans-Anadolu (TANAP), Cənubi Qafqaz Boru Kəməri (CQBK) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərlərindən ibarətdir. Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan və “Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP CQBK-dan alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən TAP-a qoşulmaqla Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ARDNF_in_2016_ci_il_budcesinden_Cenub_qaz_dehlizi_layihelerine_18_milyard_manat_xerclenecek-915393

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR