Təbriz Həsənov: "Millinin yaşca böyüklərlə oynamasını özüm də istəyirəm"

Təbriz Həsənov: "Millinin yaşca böyüklərlə oynamasını özüm də istəyirəm"
18:52 29 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov AFFA-nın saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
 
- Dekabrın 18-dən təlim-məşq toplanışındasınız. Hazırlıq prosesi necə gedir?
- Toplanışa 24 futbolçu dəvət etmişdik. Sonradan müxtəlif səbəblərdən heyətdə müəyyən dəyişikliklər etməli olduq. Dekabrın 25-nə qədər olan müddətdə məqsədimiz namizəd futbolçuları yoxlamaq, eyni zamanda Məşqçilər Komitəsinin təklifi ilə təşkil edilən mini-turnirdə iştirak etmək idi. Oyunlardan sonra Sankt-Peterburqa, Valentin Qranatkinin xatirə turnirinə aparacağımız futbolçuların siyahısını müəyyənləşdirməli idik. Hazırlığın birinci mərhələsində oyunu və hazırlığı bizi qane etməyən futbolçuları klublarına yola saldıq.
 
- Hazırlığın müddətini daha 5 gün uzatmağınızın səbəbi nədir?
- Dekabrın 25-dən 30-na qədər olan müddət sırf turnirə hazırlıq məqsədi daşıyır. Yarışa kimləri aparacağıqsa, onlara əlavə məşqlər keçirmək üçün bu addımı atdıq.
 
- Toplanış müddətində U-18 və U-20 ilə yoxlama oyunları keçirdiniz. Hər iki oyunu ayrı-ayrılıqda necə dəyərləndirərdiniz?
- İstər U-18, istərsə də U-20 ilə oyunlara tam heyətlə çıxa bilmədik. Əvvəla, xarici klublarda çıxış edən futbolçularımızı toplanışa dəvət etməmişdik. Çünki orada çempionat davam edir. Bundan başqa, müdafiə xəttində yer alan futbolçularımızdan 1-2 nəfəri zədəli olduğundan, onları da meydana buraxmağa ehtiyat etdik. Ümumi götürdükdə, hər iki oyunda müsbət və mənfi məqamlar oldu. Müdafiə xəttində problemlərimizin olduğunu gördüm. U-18-i udmağımız, U-20 ilə heç-heçə etməyimiz bu komandalardan üstün olmağımız anlamına gəlməməlidir. Hər iki komanda yenidir və ilk dəfə bir yerə yığılmışdı. Buna görə də hazırlıqsız idilər.
 
- Hər iki oyunu Məşqçilər Komitəsinin üzvləri də izlədilər. Onların hansısa tövsiyəsi oldumu?
- Əlbəttə, oyunlardan sonra komitə üzvləri ilə görüşlərimiz oldu, fikir mübadiləsi apardıq. Komandanı gücləndirmək üçün hansı işlərin görülməsinin vacibliyi bildirildi. Seleksiya işlərini gücləndirəcəyik. Qarşıda 5 ay vaxtımız qalıb. Düzdür, bu müddət məşqçi üçün komandanı komplektləşdirmək, futbolçuların səviyyəsini qaldırmaq baxımından çox azdır. Artıq komandanın özəyi qurulub. Ola bilsin, 1-2 futbolçu dəvət edək.
 
- Gələn il U-17 üçün ilk ciddi sınaq Valentin Qranatkinin xatirəsinə təşkil ediləcək beynəlxalq turnir olacaq. Artıq rəqiblər məlumdur. Yığmamızın yer aldığı qrupla bağlı nə deyə bilərsiniz?
- Latviya millisi haqda geniş məlumatım yoxdur. Onların ötənilki oyunlarına baxmışıq, komanda qrup mərhələsini adlaya bilməmişdi. Amma Sloveniya yığması haqda xoş sözlər söyləmək olar. Latviyadan fərqli olaraq, Sloveniya yığması Avropa çempionatının final mərhələsinə qədər irəliləməyi bacarıb. Üstəlik, onlar qrup mərhələsində Türkiyə millisini 5:0 hesabı ilə məğlub etmişdi. Bolqarıstana gəldikdə, onlar ötən il Bakıda keçirilən Caspian Cup turnirində mübarizə aparıb. Mayda isə ölkələrində keçirilən U-17 Avropa çempionatının final mərhələsində çıxış ediblər. Yəni qrupumuzda yer alan komandalardan ikisi artıq Avropa çempionatının final mərhələsində güclərini sınayıb. Məşqçi kimi güclü rəqiblərlə qarşılaşmağın tərəfdarıyam. Çünki belə oyunların komandaya ancaq faydası olur. Hər oyuna maksimum nəticə əldə etmək üçün çıxacağıq. Komandamızın gücünü müəyyənləşdirməliyik.
 
- Turnirdə futbolçularımız yaşca özlərindən böyüklərə qarşı mübarizə aparacaqlar. Bu sizi narahat etmir?
- Əslində, böyüklərlə oynamağı özüm də istəyirəm. Əvvəla, belə oyunların sürəti yüksək, təkbətək mübarizələr isə daha sərt olur. Bu turnirdə iştirak bizim üçün vacibdir. Çünki U-17 gələn ilin mayında Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək. Bakıya gələcək komandaların səviyyəsi ən azı Sankt-Peterburqda iştirak edəcək yığmalara bərabər olacaq. Çünki gələn komandalar həm fiziki, həm də taktiki-texniki çəhətdən güclü olurlar. Biz də həmin çempionatda yaxşı çıxış etmək üçün bu cür turnirlərə qartılmalı, gücümüzü yoxlamalıyıq. Turnirdən sonra komandanın mənfi və müsbət cəhətləri üzə çıxacaq. Təbii ki, həlledici mərhələyə qədər zəif mövqelərimizi gücləndirməyə çalışacağıq.
 
- İlin sonu olduğundan əskər futbolçular istirahət haqda düşünürlər. Belə məqamda onları məşqlərə kökləmək çətin olmur?
- Çətinlik var. Çempionatın sonudur, uşaqlarda yorğunluq hiss olunur. Bəzi futbolçular Premyer Liqa oyunlarında iştirak edirlər. Bütün bunları nəzərə alıb, məşq proqramını elə qururuq ki, onlar yüngül məşqlərlə bərpa olunsunlar. Təbii ki, iştirak edəcəyimiz turnirin mahiyyətini anlayır və futbolçulardan maksimum dərəcədə motivasiya olmalarını istəyirik.
 
- Zədə və digər səbəblərdən turnirə apara bilməyəcəyiniz futbolçular varmı?
- Əfsuslar olsun ki, zədədən qaça bilmədik. Məhəmməd Hüseynov və Ümid Dərrahı zədə üzündən yarışa apara bilməyəcəyik. Komandanın kapitanı Elçin Əsədovun zədəsi davam edir. Onu yoxlama oyunlarında da meydana buraxmadıq. Həkimlər çalışır ki, Sankt-Peterburqa yollanana qədər futbolçunun zədəsini sağaltsınlar.
 
- Toplanış müddətində sizi sevindirən məqamlar hansılar oldu?
- Təbii ki, problemlər var, amma bu haqda çox danışmaq istəmirəm. Toplanış müddətində futbolçuların hazırlıq səviyyəsini yoxladıq, rəqabətə davam gətirməyənləri klublarına yola saldıq. Sevindirici məqam isə Almaniyanın “Leipziq” klubundan dəvət etdiyimiz Murad Mahmudovun çıxışı oldu. O, 2000-ci il təvəllüdlü olsa da, oyunu xoş təəssürat bağışladı. Sanki komandada çoxdandır çıxış edir. Mini-turnirdəki çıxışımız da məni sevindirən məqamlardandır. Uşaqlar yaxşı oynadılar, mübarizə apardılar. Təəssüfləndiyimiz məqam isə zədə üzündən bəzi futbolçuları turnirə apara bilməməyimizdir.

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Avropa ənənəvi enerji növlərindən imtina edir

23 Avqust 2017 16:17

FHN: Nərimanovda binanın həyətində taxta hasar yanır

23 Avqust 2017 16:17

Bakıda yaşayış binası yanır

23 Avqust 2017 16:08

Xəzərdə batan 2 nəfər xilas edilib

23 Avqust 2017 16:06

Gözəl Bayramlının apellyasiya şikayətinə baxılıb

23 Avqust 2017 16:02

Dənizdə boğulan 2 nəfər xilas edildi

23 Avqust 2017 15:59

Təmkin Xəlilzadə: "Azərbaycan millisinə dəvət olunduğumu sizdən eşidirəm"

23 Avqust 2017 15:57

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu yenidən qurulur

23 Avqust 2017 15:57

Dünyanın ən seksual aktrisasını bu hala saldılar – FOTO

23 Avqust 2017 15:53

"Faytonçu" Nazim onu xəstə salan həkimi polisə verdi: "62 minimi qaytarsın" - VİDEO

23 Avqust 2017 15:49

Millinin heyəti: kimlər var, kimlər yox?

23 Avqust 2017 15:47

Bakı sakinləri vəd verdi: "Qarabağ" qalib gəlsə... (VİDEOSORĞU)

23 Avqust 2017 15:47

Gədəbəyin bu kəndində işıq dirəyini ağaclar əvəz edir

23 Avqust 2017 15:47

Azərbaycanda dəhşətli ailə dramı: ata qızını və arvadını öldürdü, oğul hamısını yandırdı - TƏFƏRRÜAT

23 Avqust 2017 15:44

Lerikdə 3 ailə üzvünün qətli və evin yandırılması ilə törədilmiş ağır cinayətin üstü açıldı

23 Avqust 2017 15:43

Əfqan Muxtarlının apellyasiya şikayəti təmin edilməyib

23 Avqust 2017 15:42

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması davam edir

23 Avqust 2017 15:42

UNİCEF 2 yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsinə münasibət bildirib

23 Avqust 2017 15:39

Aprel müharibəsindən daha DƏHŞƏTLİ: Bu saziş İrəvan üçün KABUS OLACAQ

23 Avqust 2017 15:38

Dünyada ən böyük məlumat mərkəzi tikiləcək

23 Avqust 2017 15:35

Lezbiyan şairlərin ehtiraslı eşq macəraları: İçki gecələrində doğulan MƏŞHUR SEVGİLƏR - FOTOLAR

23 Avqust 2017 15:33

VƏHŞİLİK: Pişiyin dərisini soyub küçəyə atdılar

23 Avqust 2017 15:33

Polad Bülbüloğlu: "Yeni baş direktor YUNESKO-nu maliyyə baxımından daha müstəqil etməlidir"

23 Avqust 2017 15:27

Tərəvəzli badımcan dolması

23 Avqust 2017 15:25

Marqvelaşvili: "Azərbaycanlılar göstərdi ki, onlar gürcülərin tarixi dostlarıdır"

23 Avqust 2017 15:23

“Nə oldu sənə, nə oldu belə” – Səbuhi Məmmədli Bayram Kürdəxanılıdan yazır

23 Avqust 2017 15:19

Prosineçki heyəti açıqladı: 2 oyuna 25 futbolçu

23 Avqust 2017 15:17

"Başakşəhər" İspan klubu ilə heç-heçə etdi

23 Avqust 2017 15:13

Azərbaycan millisinin Norveç və San Marino ilə oyunlar üçün heyəti açıqlanıb

23 Avqust 2017 15:12

3650 tələbə ali məktəbini dəyişmək istəyir

23 Avqust 2017 15:09

Bakıda 44 yaşlı kişini bıçaqlayaraq qaçan şəxsin məhkəməsi başlayıb

23 Avqust 2017 15:07

İdeal blinçik hazırlamağın 8 üsulu

23 Avqust 2017 15:03

Avrozona iqtisadiyyatında inkişafın dayanması siqnalları gəlir

23 Avqust 2017 15:02

Uşaq bağçası, yoxsa soyğunçuluq ocağı? – RÜŞVƏT, QANUNSUZLUQ və RƏSMİLƏRİN SÜKUTU

23 Avqust 2017 14:59

Əfqanıstanda TERROR : 6 ölü, 42 yaralı

23 Avqust 2017 14:58

Nazirlik Bakıda müşahidə edilən toz dumanı ilə bağlı operativ iş rejiminə keçib

23 Avqust 2017 14:57

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

23 Avqust 2017 14:57

BAKI: Toz-dumanla bağlı operativ iş rejiminə keçildi

23 Avqust 2017 14:56

Toz normadan 32 faiz çoxdur - Nazirlik operativ rejimə keçdi

23 Avqust 2017 14:54

ABŞ-ın müdafiə naziri Türkiyədə rəsmi səfərdədir

23 Avqust 2017 14:52

Xızıda yol çəkilişi zamanı məzarlıq aşkarlanıb

23 Avqust 2017 14:52

Metbuat.az-da "Məşhur saatı"

23 Avqust 2017 14:50

Şeyx Həmzətin "Ləvəngi" restoranında saxlanılmasının detalları aydınlaşdı

23 Avqust 2017 14:48

Biləsuvarda oğurluqla məşğul olan şəxs saxlanılıb

23 Avqust 2017 14:47

Bu məşhurlarımız avtomobil qəzasında ölüb

23 Avqust 2017 14:45

Rusiyadan bəyanat: “ABŞ-a olan ümidlərimizi itirməmişik”

23 Avqust 2017 14:43

ABB-yə borc müqabilində girov qoyulmuş müəssisələrdən daha biri satılıb

23 Avqust 2017 14:42

TEST: Balın təbii olub-olmadığını belə yoxlayın

23 Avqust 2017 14:38

Soçidə Putin və Netanyahu arasında görüş keçirilir

23 Avqust 2017 14:37

Ötən il Azərbaycanda boşanan gənc qadınların sayı kişilərdən daha çox olub

23 Avqust 2017 14:37