Magistraturaya ərizə qəbulu qaydaları dəyişdi

Magistraturaya ərizə qəbulu qaydaları dəyişdi
19:11 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.
 
Axşam.az-ın APA-ya istinadən məlumatına görə, bundan sonra bu qaydalar Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına da şamil ediləcək. Qaydaya edilən digər dəyişikliyə əsasən ali təhsil müəssisələrində və elmi təşkilatlarda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün ərizə verə bilməzlər.
 
Magistraturaya ərizələrin qəbul edilməsi qaydası da dəyişib. İndiyə qədər bakalavrlar qəbul imtahanında iştirak etmək üçün TQDK-nın rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı idilər. Eyni zamanda TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu komissiyalarına Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, bakalavr və ya digər ali təhsil haqqında diplomu və ona əlavəni (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla)), Azərbaycanın ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər məzunu olduqları təhsil müəssisəsindən verilən, bitirdikləri ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballı şkalada), ali təhsil müəssisəsinə daxil olduğu il və abituriyent ərizəsinin nömrəsi göstərilən, müəyyən edilmiş formada arayışı, Azərbaycan ali təhsil müəssisələrinin cari il məzunları həmin ali təhsil müəssisəsi tərəfindən verilən, təhsil aldıqları ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballı şkalada), ali təhsil müəssisəsinə daxil olduqları il və abituriyent ərizəsinin nömrəsi göstərilən, müəyyən edilmiş formada arayışı, magistraturada təhsil almış şəxslər magistraturada təhsillərinin dövlət hesabına və ya ödənişli əsaslarla olması haqqında ali təhsil müəssisəsi tərəfindən verilən arayışın əsillərini şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməli idilər.
 
Dəyişikliyə əsasən isə bundan sonra ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul üzrə müsabiqədə iştirak etmək üçün bakalavrlar internet vasitəsilə TQDK-nın rəsmi saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalıdırlar. Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar “Bakalavrın elektron ərizəsi”ni internet vasitəsilə özləri təsdiq etməlidirlər.
 
Digər bakalavrlar ərizələrini aşağıdakı sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (bundan sonra - SQK) şəxsən təqdim etməklə təsdiq etdirməlidirlər:

- Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
 
- Bakalavr və ya digər ali təhsil haqqında diplomu və ona əlavəni (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla)). Qərara əsasən magistraturaya qəbul zamanı müsabiqənin keçirilməsi qaydası da dəyişib. İndiyə qədər müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün ixtisas üzrə testdən (yazı işindən) toplanılan bal, bakalavriat səviyyəsi üzrə orta qiymət balı, ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal, xarici dil üzrə testdən toplanılan bal göstəriciləri ardıcıllıqla nəzərə alınıb.
 
Dəyişikliyə əsasən isə bundan sonra müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün ümumi orta müvəffəqiyyət göstəricisi, ixtisas üzrə testdən (yazı işindən) toplanılan bal, ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal və xarici dil üzrə testdən toplanılan bal göstəriciləri ardıcıllıqla nəzərə alınacaq. Qüvvədə olan qaydaya əsasən təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavr tələb olunan sənədləri TQDK tərəfindən müəyyən edilən 10 günədək müddətdə qəbul olunduğu təhsil müəssisəsinə və ya elmi təşkilata təqdim etməklə qeydiyyatdan keçməlidir. Bakalavrın bu müddətdə təhsil müəssisəsində və ya elmi təşkilatda qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Dəyişikliyə əsasən isə bundan sonra bu bakalavrların boş qalan yerlər üzrə keçirilən müsabiqədə iştirak etməsinə icazə verilmir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

® Bank of Baku Nyu-Yorka 2 nəfərlik səyahət qazandırır!

27 İyul 2017 16:54

Peşə məktəblərinə qəbulla bağlı YENİLİK

27 İyul 2017 16:52

Şimali Amerikada yeni enerji ittifaqı yaradılır

27 İyul 2017 16:52

Konte: "Harri Keyn dünyada ən güclü hücumçulardan biridir"

27 İyul 2017 16:52

Görənlər tanımaqda çətinlik çəkdi: məşhur aktrisanın son halı... - FOTO

27 İyul 2017 16:47

Çarli Çaplinin heyran olduğu azərbaycanlı bəstəkar: İndi kimi sevərdi? - FOTOLAR

27 İyul 2017 16:43

"Ketçup" qabından heroin çıxdı - FOTO

27 İyul 2017 16:42

“SOCAR Ukraine” 15,6 min ton təyyarə yanacağı idxal edib

27 İyul 2017 16:42

SORĞU: Azərbaycan əhalisi pulunu necə xərcləyir?

27 İyul 2017 16:42

“Yaxşı nəticəyə iddialıyıq” - “Qəbələ”nin legioneri

27 İyul 2017 16:39

83 nəfər öldü, 161 nəfər xəsarət aldı - FHN AÇIQLADI

27 İyul 2017 16:38

Məktəbəhazırlıq qruplarına qəbulda YENİLİK: Sənəd qəbulu elektron qaydada olacaq

27 İyul 2017 16:37

Türkan Şorayın beynindən şiş götürüldü

27 İyul 2017 16:37

“Microsoft” məhsullarında səhvlərin aşkarlanmasına görə 250 min dollar ödəniləcək

27 İyul 2017 16:35

Bakıda daha bir şirkət rəhbəri həbs edildi

27 İyul 2017 16:34

Bacısını Bakıdan Şamaxıya çağırdı, çarpayıya uzatdı... - QANDONDURAN HADİSƏ

27 İyul 2017 16:33

Nazirdən YENİ TƏYİNAT

27 İyul 2017 16:32

Kamil Zeynallı: "10 oğlum olsa, hamısı qurban olsun 1 qızıma..." - FOTO

27 İyul 2017 16:32

Vətəndaşları aldadan bir qrup vəzifəli şəxs HƏBS EDİLDİ

27 İyul 2017 16:32

Eddi İsrafilov 6 qolluq matçda 90 dəqiqə oynadı

27 İyul 2017 16:32

Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə edərək dələduzluq edən şəxslər həbs olunublar

27 İyul 2017 16:32

Yevlaxda yanğın zamanı xəstəxananın 4 və FHN-in 2 əməkdaşı tüstüdən zəhərlənib

27 İyul 2017 16:32

AzMİU-nun tələbə və müəllim heyəti Türkiyədə elmi - praktiki səfərdədir

27 İyul 2017 16:27

Bu il 83 nəfər fövqəladə hadisələrin qurbanı olub

27 İyul 2017 16:24

3 yaşlı qıza təcavüz edib öldürdü, öz orqanlarını isə qohumlarına bağışladı - NÖVBƏTİ EDAM

27 İyul 2017 16:23

Şəhidin medalı ailəsinə təqdim olunub

27 İyul 2017 16:23

Ermənistan ordusunda "dedovşina" - "Botinka işi", dava, fərarilik

27 İyul 2017 16:22

Küləkli hava azərbaycanlı aktrisaya çətin anlar yaşatdı - FOTO

27 İyul 2017 16:22

Əkrəm Həsənov: “Bank Standard”ın sağlamlaşdırılması üçün dövlətin ayırdığı 115 mln. manatın hara getdiyi məlum deyil”

27 İyul 2017 16:17

Təranə toylarda aparıcılıq edəcək: "Pul qazanıram"

27 İyul 2017 16:17

Bakının məşhur şadlıq sarayının rəhbəri

27 İyul 2017 16:14

Ermənistanda etiraz aksiyası: qızıl mədəninə gedən yol bağlandı

27 İyul 2017 16:12

5200 nəfərin külli miqdarda pulunu mənimsəyən keçmiş rəisin DƏHŞƏTLİ ƏMƏLLƏRİ

27 İyul 2017 16:08

Ermənistan ordusunda neqativ halların sayı artır

27 İyul 2017 16:07

Moskva “Spartak”ının futbolçusu: “Məni Azərbaycan millisinə çağırırlar”

27 İyul 2017 16:07

İki il sonra Afinada - YENİLƏNİR

27 İyul 2017 16:07

Saçyolduya çıxdığı deyilən aparıcı: "Əsassız danışırlar"

27 İyul 2017 16:05

Bakıda sərnişin avtobusa velosipedlə mindi - Qalmaqal yaşandı - VİDEO

27 İyul 2017 16:05

FİFA 22 yaşlı müdafiəçinin istəyinə müsbət cavab verdi

27 İyul 2017 16:05

Kərim ailəsi ilə birgə Məşhəd ziyarətinə gedib

27 İyul 2017 15:58

İstanbulda 17 İŞİD üzvü saxlanıldı

27 İyul 2017 15:57

Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

27 İyul 2017 15:57

Siyasi şərhçinin şortu ölkəni bir-birinə qatdı

27 İyul 2017 15:53

Şəhidin medalı ailəsinə təqdim olunub

27 İyul 2017 15:52

Xəstəxanadakı yanğına nə səbəb oldu? - RİH AÇIQLADI

27 İyul 2017 15:52

"Planet"in sahibi həbs edildi - Ağac kəsməyə görə

27 İyul 2017 15:52

Naxçıvanda eneolit dövrünə aid tapıntı - FOTO

27 İyul 2017 15:48

Yevlax Rayon Mərkəzi Xəstəxanasındakı yanğınla bağlı

27 İyul 2017 15:48

Azərbaycana gələn erməni məmurun arvadını... – ŞOK HADİSƏ - FOTO

27 İyul 2017 15:43

ÜTT Azərbaycanın təşkilata qəbulunu sürətləndirir

27 İyul 2017 15:42