Köməyə gəldilər, ölü tapdılar

Köməyə gəldilər, ölü tapdılar
19:12 29 Dekabr 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda mənzildə 61 yaşlı kişi meyidi tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1954-cü il təvəllüdlü Lanskix Aleksandr Petroviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və adıçəkilən şəxsin cəsədini aşkar ediblər.

A.Lanskixin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/394097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR