Asif Bəkirli: "Təhlükəsiz əmək şəraiti SOCAR üçün yüksək prioritet kəsb edir"

Asif Bəkirli: "Təhlükəsiz əmək şəraiti SOCAR üçün yüksək prioritet kəsb edir"
19:12 29 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ SOCAR-ın İnsan Resursları Departamentində “Helicopter Landing Officer (HLO)” (təyinat məntəqələrində helikopterlərin təhlükəsiz qarşılanması və yola salınması) üzrə təlimlərdə iştirak etmiş SOCAR işçilərinə sertifikatlarının təqdimetmə mərasimi keçirilib.
"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbir “Neft daşları” və “Günəşli” yatağında baş vermiş faciədə həlak olanların xatirəsinin birdəqiqəlik sükutla anılması ilə başlayıb. İRD-nin rəisi Asif Bəkirli çıxış edərək idarənin fəaliyyəti, işçilərin bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi istiqamətində təşkil olunan təlimlərin vacibliyi barədə söhbət açıb, SOCAR-da işçilərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəmadi təlimlər keçirildiyini, təhlükəsiz əmək şəraitinin SOCAR üçün yüksək prioritet kəsb etdiyini xüsusi vurğulayıb. Təbdir iştirakçılarının nəzərinə çatdırılıb ki, SOCAR-da yeni işə qəbul olunan bütün işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına yiyələnməsi üçün “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” üzrə ilkin təlimatlandırma kursu keçirilir. “HLO” təlimlərinin keçirilməsinin vacibliyi barədə tədbir iştirakçılarına məlumat verilib, qeyd olunub ki, 2010-cu ildən bu günədək SOCAR-ın dənizdə yerləşən təyinat obyektlərində çalışan 150-dən çox əməkdaşı təyinat məntəqələrində helikopterlərin təhlükəsiz qarşılanması və yola salınması kurslarına cəlb edilib. “HLO” üzrə “SWHS” tərəfindən keçirilən təlimlərdə daha çox praktiki məşğələlərə və simulyasiyalara vaxt ayrılmasının məqsədəmüvafiqliyi bildirilib.
Daha sonra “Silkway Helicopter Services (SWHS)” MMC-nin aviasiya xidmət rəisi Elmar Dadaşov çıxış edərək SOCAR-ın təyinat məntəqələrində helikopterlərin təhlükəsiz qarşılanması və yola salınmasının, sərnişinlərin (işçilərin) helikopterə minməsi və düşməsi zamanı təhlükəsizlik tədbirlərinin, o cümlədən “HLO” işini icra edən işçilər üçün təlimlərin təşkil olunmasının əhəmiyyətindən danışıb. 
SOCAR-ın baş bfisinin Daşımalara nəzarət departamentinin rəisi Elçin İbrahimov şirkətdə təhlükəsizlik qaydalarının yüksək prioritet olduğunu, işçilərin bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini bildirib və “HLO” üzrə təlimlərinin davamlı olaraq keçirilməsinin bu işlə məşğul olan işçilərin əmək fəaliyyətində müsbət nəticələr verdiyini söyləyib.
Yekunda İRD-nin rəisi Asif Bəkirli işçilərə müvəffəqiyyətlər arzulayıb və onlara “HLO” üzrə təlimlərdə iştirak etdiklərinə dair sertifikatlar təqdim edib. 






Xəbərin orijinal ünvanı: http://report.az/energetika/asif-bekirli-tehlukesiz-emek-seraiti

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR