İdmançılarımızdan maraqlı etiraflar: "Şaxta babanı gözləyirik"

İdmançılarımızdan maraqlı etiraflar: "Şaxta babanı gözləyirik"
19:12 29 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

2015-ci ilin bitməsinə sayılı günlər qalıb. Demək olar ki, 2 gün sonra "qoyun ili" "meymun ili "ilə əvəzlənəcək. "Qoyun ili" bəzi idmançılar üçün uğurlu, bəziləri üçün monoton, bəziləri üçün isə tam bir uğursuzluq zolağı oldu.

Publika.az olaraq 2015-ci ilin başa çatması məqsədi ilə idmançılarımızla sorğu etmək qərarına gəlib. Onlara 3 sualla müraciət edib:
 
- 2015-ci il idmançılarımız üçün necə yadda qaldı?
- Onlar 2016-cı ildən nə gözləyirlər?
- Yeni ili necə qeyd etməyi planlaşdırırlar?
 
Bu sualları Azərbaycan idmanında tanınan, bayrağımızı qaldırıb, himnimizi səsləndirmək üçün can qoyan idmançılarımıza ünvanladıq. Hər kəs müxtəlif fikirlər səsləndirdi. Amma hər biri yeni il üçün daha çox uğur qazanıb, daha böyük qələbələrə kökləndiyini bildirdi.
 
Əməkdar idman ustası, əməkdar məşqçi, kikboksinq üzrə 22 qat dünya çempionu Eduard Məmmədov:
 
"2015-ci illə bağlı çox şey danışmaq olar. İlk öncə Azərbaycanda keçirilən I Avropa Oyunlarını qeyd etmək lazımdır. Çox yüksək səviyyədə təşkil olunmuşdu. Bundan əlavə, həmin beynəlxalq turnirdə idmançılarımızın qazandıqları uğurları yüksək qiymətləndirirəm. Oyunların açılışı, bağlanışı möhtəşəm idi. Mən həm açılışda, həm də bağlanışda iştirak etdim. Bu günə qədər dəfələrlə beynəlxalq turnirlərdə iştirak etmişəm, heç biri bu cür möhtəşəm təşkil edilməmişdi. Təbii ki, bu turnirin bu dərəcədə yüksək səviyyədə təşkil olunması cənab prezidentimiz İlham Əliyevin idmana olan diqqət və qayğısının sayəsindədir.
 
Həmçinin 2015-ci ildə bizim yeni idman kompleksləri açıldı. Bundan sonra da uğurlarımızın çox olacağına çalışacağıq. Elə 2015-ci il mənim üçün də çox uğurlu keçdi. Martda Portuqaliyada peşəkarlar arasında "dünya kəməri"nin sahibi oldum. Noyabrda İspaniyada keçirilən həvəskarlar arasında kikboksinqin WKA versiyası üzrə dünya çempionu oldum. 22-ci dünya çempionluğumu yaşadım.
 
İnanıram ki, 2016-cı ildə uğurlarımızın sayı daha da artıq olacaq. Yeni ildə bütün idmançılarımıza uğurlar arzulayıram. Bizi bir çox yarışlar gözləyir. İlk dəfə Bakıda "Formula-1" yarışları keçiriləcək. Bundan əlavə, Olimpiadaya hazırlaşan idmançılarımıza uğurlar arzulayıram".
 
Azərbaycanın basketbol üzrə yığmasının üzvü Amil Həmzəyev:
 
"2015-ci il çox gözəl, uğurlu başladı. Ancaq Avropa Oyunlarındakı zədəyə görə çox məyus oldum.
 
2016-cı ildə tam sağlam şəkildə böyük idmana qayıdıb, yeni nəticələr əldə etmək niyyətindəyəm.
 
Yeni ili ailəmlə, yaxınlarımla evdə qeyd edəcəyəm".
 
Kikboks üzrə beşqat dünya çempionu, "Kobra" ləqəbli azərbaycanlı döyüşçü Pərviz Abdullayev:
 
"2015-ci il mənim üçün ən yaddaqalan illərdən oldu. Keçirdiyim döyüşlərin hamısında qalib gəldim. Ən böyük uğurum isə ilk azərbaycanlı kimi "Glory World Series" turnirində iştirak etmək və qələbə qazanmaq oldu.
 
2016-cı ildə əsas hədəfim karyeramda yüksəkliyə doğru addımlamaq və "Glory"nin yarışlarında qalib gəlməkdir. Həmçinin "Glory" dünya kəmərinin sahibi olmaq istəyirəm.
 
Yeni ili ailəmlə, övladımla, evdəkilərlə qeyd etməyi planlaşdırıram. Qarşıdan gələn ildə isə xalqımıza əmin-amanlıq, sağlamlıq və bütün idmançılarımıza da qələbə arzulayıram".
 
Cüdo üzrə dünya çempionatının bürünc (2013), Avropa Oyunlarının gümüş medalçısı Orxan Səfərov:
 
"2015-ci il, əlbəttə ki, bizim üçün ən yaddaqalan və vacib yarış Avropa Oyunları idi.
 
2016-cı ili zədəsiz keçirmək və Rio-de-Janeyrodakı Yay Olimpiya Oyunlarında iştirak etmək niyyətindəyəm.
 
Bayramı hər il olduğu kimi, ailəm və dostlarımla qeyd edəcəm".
 
Kikboks üzrə dünya çempionu Elşad Ələsgərov:
 
2015-ci il mənim üçün demək olar ki, ən gözəl və yaddaqalan il oldu. Azərbaycan kikboks yığmasının tərkibində Serbiyanın Belqrad şəhərində keçirilən WAKO versiyasi üzrə Dünya Çempionatında 54 kq-da "K-1" yarışlarında qalib oldum. Bununla da Azərbaycanda kikboksun idman növündə "K-1" versiyasında yeganə dünya və Avropa çempionu olduğum açıqlandı. Bundan başqa, 2015-ci ildə Azərbaycan Kikboksinq Fedarasiyası tərəfindən və Gənclər və İdman Nazirliyi tərəfindən "idman ustası" adı ilə təltif edildim.
 
2016-cı ildə "Şaxta baba"nı gözləyirik (gülür). Təbii ki, bu bir zarafatdır. Azərbaycan birinciliyində qələbə qazanaraq Türkiyədə Kikboks WAKO versiyası üzrə Avropa çempionatında Azərbaycanı təmsil etmək istəyirəm. Orada da qalib gəlib, bayrağımızı qaldırmaq, himnimizi səsləndirmək arzusundayam.
 
Yeni ili ailəmlə qeyd etməyi düşünürəm. Məni bu idmana gətirdiklərinə, verdikləri tərbiyəyə görə onlara borcluyam. Azərbaycan xalqını Həmrəylik Günü münasibəti ilə təbrik edirəm".
 
Taekvondo üzrə ikiqat Avropa çempionu, I Avropa Oyunlarının gümüş medalçısı Fəridə Əzizova:
 
2015-ci il üçün ən yaddaqalan hadisə Avropa Oyunları və yarış zamanı keçirdiyim hisslər oldu. Bu uğurumu çıxmaqla əslində 2015-ci il mənim üçün çox ağır oldu.
 
İnanıram ki, 2016-cı il uğurlu olar. Yanvarın 15-16-da Türkiyədə lisenziya xarakterli turnir keçiriləcək. Riodakı olimpiya oyunlarına lisenziyanı qazansam, il mənim üçün uğurlu başlayacaq.
 
Dekabrın 30-na kimi məşq edəcəm. Bu üzdən hələ də Yeni ili necə keçirəcəyim sual altındadır (gülür)... Yəqin ki, dostlarımla keçirərəm..."
 
Yunan-Roma güləşi üzrə Avropa və Dünya çempionu, I Avropa oyunlarının bürünc mükafatçısı Həsən Əliyev:
 
"2015-ci il mənim üçün elə də uğurlu olmadı. 2016-cı ildən isə gözləntilərimiz çoxdur, inşallah.
 
Yeni ili ailəmlə birgə olacam, onlarla qeyd edəcəm".
 
Karate-do üzrə ümumilikdə 3-qat dünya, 6-qat Avropa çempionu, Avropa Oyunlarının bürünc medalçısı Niyazi Əliyev:
 
"2015-ci il mənim üçün yadda qalan bir il oldu. Çünki bu il bir çox turnirlərdə qalib oldum, mükafatçılar sırasına düşdüm. Ən əsası isə İstanbulda Avropa Çempionu oldum, Avropa Oyunlarının da bürünc medalını qazandım. Həmçinin cənab prezident tərəfindən Fəxri fərmanla və "Tərəqqi" medalı ilə təltif olundum. Bunlar da mənim üçün 2015-ci ilin ən mötəbər hadisələrindədir.
 
2016-cı ildə bizi Avropa çempionatı gözləyir. Məsuliyyətli il olacaq. Çünki nəticələrimiz 2017-ci ildəki İslam Olimpiadasına vəsiqə qazanmaq baxımından əhəmiyyətli olacaq.
 
2016-cı ili mənə əziz olan insanların əhatəsində, ailəmlə, oğlumla keçirəcəm".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Sergey Lavrov: "ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə cəhd göstərdiyini görürük"

25 Aprel 2017 14:46

Erməni model Meksikada dincəlir - FOTO

25 Aprel 2017 14:42

İsmayıl Əsədov rəis vəzifəsindən azad olunub

25 Aprel 2017 14:41

"Əslində, bizi fırladırlar, xalqı fırladırlar" - Deputat

25 Aprel 2017 14:37

"İnter" iki məşqçiyə 20 gün vaxt verib

25 Aprel 2017 14:37

Aktyorumuz festivalda qalib oldu - FOTO

25 Aprel 2017 14:37

ABŞ-ın “Tomahawk” raketi ilə silahlanan sualtı qayığı Cənubi Koreya sahillərinə yan alıb

25 Aprel 2017 14:36

Dünyanın ən çox qazanan saytları

25 Aprel 2017 14:36

16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

25 Aprel 2017 14:35

Türkiyə Ali Məhkəməsindən referendumla bağlı RƏDD CAVABI

25 Aprel 2017 14:34

ABŞ İranı dağıtmaq üçün 20 bomba hazırladı - Yalvarsa da, İsrailə vermir

25 Aprel 2017 14:33

Alçanın bu faydalarına inanmayacaqsınız

25 Aprel 2017 14:33

Moskva kriminalının erməniləri - GİZLİ TARİX

25 Aprel 2017 14:32

Azərbaycan AŞPA-da Türkiyənin monitorinq prosesinə daxil edilməsinə qarşı çıxıb

25 Aprel 2017 14:32

Nazirlik Prezidentin yardımla bağlı sərəncamının icrasına başlayıb

25 Aprel 2017 14:31

Gələcək maşınlar ZİBİLDƏN HAZIRLANACAQ

25 Aprel 2017 14:28

Erotik "xalq nağılları", yaxud uşaqlarımız nə oxuyur? - FOTO

25 Aprel 2017 14:27

Valyutadəyişmə məntəqələri ilə bağlı

25 Aprel 2017 14:24

Övladını mediadan gizlədən yerli məşhurlar - SİYAHI

25 Aprel 2017 14:22

Milli Məclisdə SİQARET QADAĞASI

25 Aprel 2017 14:22

Valyutadəyişmə məntəqələri ilə bağlı TƏKLİF

25 Aprel 2017 14:17

Azərbaycana göz qişaları gətirmək mümkün olacaq

25 Aprel 2017 14:17

3-cü Dünya Müharibəsi başlayır?

25 Aprel 2017 14:17

“Xalq bilmir ki, pulunu hansı valyutada saxlasın” - DEPUTAT

25 Aprel 2017 14:14

Zamiqin yeni sevgilisi - İDDİA - FOTO

25 Aprel 2017 14:12

Bakı restoranında erməni mahnısı - "Kral TV"nin günahı

25 Aprel 2017 14:12

Türkiyə Ali Məhkəməsi ana müxalifətin şikayətini təmin etməyib

25 Aprel 2017 14:12

Neftçala sakininin sosial yardımı niyə kəsildi? - RƏSMİ CAVAB - FOTO

25 Aprel 2017 14:12

Meymun avtomobil ustasına çevrildi

25 Aprel 2017 14:10

Buynuz qişanın idxalı və transplantasiyasına icazə verildi

25 Aprel 2017 14:09

Siyavuş Novruzov: “Çoxlu sayda insanlarımız işsiz qalıb, pullar qara bazarda fırlanıb”

25 Aprel 2017 14:08

Trampdan Avropaya QADAĞA

25 Aprel 2017 14:08

Azərbaycan çempionatının oyunu zamanı qalmaqal baş verib

25 Aprel 2017 14:07

Azərbaycanda ilk rübdə 43 özəlləşdirmə hərracı keçirilib

25 Aprel 2017 14:06

"Kumirim Andrey Şevçenkodur"

25 Aprel 2017 14:05

Peşəkar kikboksçu: "Ölkəmizin uğurları idmançılara böyük stimuldur"

25 Aprel 2017 14:05

Heydər Əliyev Sarayında “Mənim Azərbaycanım” konserti və "Koroğlu" baleti nümayiş olunacaq

25 Aprel 2017 14:01

Milli Məclisin foyesində siqaret çəkmək qadağan olunub

25 Aprel 2017 14:01

"Diriliş Ertuğrul"un bu həftə yayımlanmama səbəbi məlum olub

25 Aprel 2017 14:01

"Exchange"lər fəaliyyətini bərpa edir

25 Aprel 2017 13:59

Qan qrupuna görə insanın xasiyyəti

25 Aprel 2017 13:57

Dolların YENİ MƏZƏNNƏSİ

25 Aprel 2017 13:54

Bakı metrosunda təhlükəsizlik gücləndirilir

25 Aprel 2017 13:52

Parlament Azərbaycanda fiziki şəxslərin "exchange" açmasına imkan verən qanun layihəsini təsdiqləyib

25 Aprel 2017 13:52

Boksçularımız Ukraynadan 3 medalla qayıdırlar

25 Aprel 2017 13:52

Komitə sədri: “İllərlə “qadın peşəsi”, “kişi peşəsi” adı altında ixtisasların ayrılması genefonda mənfi təsir edə bilər”

25 Aprel 2017 13:52

Bakıda əri qardaşı tərəfindən öldürülən qadın ifadə verib: "Mahirin pulu olmadığı üçün məni ona vermək istəmədilər"

25 Aprel 2017 13:51

Metropolitendə təhlükəsizlik gücləndirilir - İslamiada ilə bağlı

25 Aprel 2017 13:49

Məşhur aktrisa keçəl oldu - FOTOLAR

25 Aprel 2017 13:48

"İçerde" yenidən zirvədə - SİYAHI

25 Aprel 2017 13:47