Mingəçevirdə valideyn himayəsindən məhrum olan uşaqlara bayram hədiyyəsi verilib

Mingəçevirdə valideyn himayəsindən məhrum olan uşaqlara bayram hədiyyəsi verilib
19:13 29 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Mingəçevir, 29 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Mingəçevir şəhərində valideyn himayəsindən məhrum və sosial müdafiəyə ehtiyacı olan məktəbli uşaqlar üçün bayram şənliyi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və təhsil şöbəsinin birgə təşkil etdiyi mərasimdə ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, təhsilin inkişafı istiqamətində görülən işlərdən, eləcə də Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışılıb.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan Həmrəylik Günü dünyada yaşayan soydaşlarımızın milli təəssübkeşlik hissini artırır, dövlətçiliyimizə hörmət və məhəbbət ruhu aşılayır.
Başa çatmaqda olan 2015-ci ilin Mingəçevirin təhsil işçiləri üçün də uğurlu olduğunu diqqətə çatdıran şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov məlumat verib ki, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Bu il ali məktəblərə daxil olan mingəçevirli məzunlardan 42 nəfəri 600-dən, 81 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Şəhərin üç tədris ocağı “İlin ən yaxşı məktəbi”, 2 pedaqoqu isə “İlin ən yaxşı müəllimi” müsabiqələrinin qalibi olub. Hazırda 3 orta məktəb binasında əsaslı yenidənqurma işləri aparılır.
Məktəblilərin rəngarəng çıxışları, Şaxta baba və Qar qızının təbrikləri, milli mənəvi dəyərlərimizi tərənnüm edən kompozisiyalar şənliyə xüsusi rəng qatıb.
Sonda məktəblilərə bayram hədiyyələri təqdim olunub. Tədbir konsert proqramı ilə davam etdirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mingechevirde_valideyn_himayesinden_mehrum_olan_usaqlara_bayram_hediyyesi_verilib-915401

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR