Meksikada məşhur narkobaron öldürüldü

Meksikada məşhur narkobaron öldürüldü
19:14 29 Dekabr 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

 

Meksikanın qərbində “Miçoakan ailəsi” adlı narkokartelin yaradıcısı 52 yaşlı Karlos Rosales Mendosanın meyiti tapılıb.

APA-nın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, hadisə yerində daha üç nəfərin cəsədi aşkarlanıb.

 

Mütəxəssislərin rəyinə görə, qətl cəsədlərin aşkarlandığı yerdə baş verməyib.

 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, öldürülməzdən öncə 4 nəfər işgəncələrə məruz qalıb, ardınca isə odlu silahla qətlə yetirilib.

 

Yerli hakimiyyət nümayəndələri isə hesab edir ki, Mendosa atışma baş verən ərazidə cinayətkar aləmin nüfuzlu şəxsləri ilə gizli görüş keçirib. Atışmadan sonra narkobaron mühafizəçiləri tərəfindən xilas edilsə də, aldığı güllə yaralarından keçinib.

 

Qeyd edək ki, Mendosa ötən əsrin 80-ci illərində başlayaraq narkotik ticarəti ilə məşğul olub, 2000-ci ildə isə “Miçoakan ailəsi” adlı narkokartelin əsasını qoyub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227049

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR