Rabitəçilər məcburi köçkün ailələrinə bayram sovqatı aparıblar

Rabitəçilər məcburi köçkün ailələrinə bayram sovqatı aparıblar
19:18 29 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri məcburi köçkün ailələrini təbrik ediblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Kəlbəcər, Ağdam, Laçın, Füzuli rayonlarından məcburi köçkün kimi Goranboy rayonu ərazisində məskunlaşmış 1700-dən artıq ailəyə bayram sovqatı təqdim edilib. Həmçinin Bakının Goradil qəsəbəsində yerləşən “Rabitəçi” sağlamlıq düşərgəsində məskunlaşmış 100-dək məcburi köçkün ailəsinə bayram sovqatı çatdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rabitechiler_mecburi_kochkun_ailelerine_bayram_sovqati_apariblar-915403

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR