Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın iki futbolçusu türmədə eyni kamerada

Azərbaycanın iki futbolçusu türmədə eyni kamerada

Date: 29 December 2015 19:31

Dələduzluq ittihamına görə həbs edilən veteran futbolçu Maşallah Əhmədov ilə jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı həbs edilən “Qəbələ”nin eks-kapitanı Cavid Hüseynov Bakı İstintaq Təcridxanasında eyni kamerada qalır.

ANS PRESS-in məlumatına görə, bu barədə “Futbol +” qəzeti məlumat yayıb.

Maşallah Əhmədovun külli miqdarda dələduzluqda təqsirləndirilərək dekabrın 17-də Binəqədi rayon məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Maşallah Əhmədov

“Qəbələ” və Azərbaycan millisinin futbolçusu Cavid Hüseynov isə jurnalist Rasim Əliyevin öldürülməsini bilirək cinayəti gizlətmə maddəsində təqsirləndirilir. O, avqustun 11-də həbs edilib. Cavid Hüseynovun cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Səbail rayon məhkəməsinə göndərilib.


Cavid Hüseynov

Tags:  Azərbaycanın iki futbolçusu türmədə eyni kamerada

RƏYLƏR


Top news