Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əfv sərəncamının icrası başa çatdı (FOTO)

Əfv sərəncamının icrası başa çatdı (FOTO)

Date: 29 December 2015 19:38

Bakı. Trend:

Azərbaycan Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 28.12.2015-ci il tarixli sərəncamının icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən başa çatdırılıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əfv sərəncamı Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə azadlıqdan məhrumetmə növündə cəza çəkən 198 nəfərə, eləcə də azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri üzrə məhkum edilmiş daha 12 nəfərə şamil edilib.

Sərəncamın icrası Ədliyyə Nazirliyi aparatının məsul işçilərinin, Penitensiar Xidmət üzrə Baş idarənin rəhbər əməkdaşlarının, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitə üzvlərinin, Ombudsman Aparatı, qeyri-hökumət və dövlət təşkilatlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin, habelə məhkumların yaxınlarının iştirakı ilə təntənəli şəkildə həyata keçirilib.

Cəza çəkməkdən azad edilən şəxslər, habelə onları qarşılamağa gələn yaxın qohumları ölkə Prezidenti cənab İlham Əliyevin humanist addımını böyük ruh yüksəkliyi ilə qarşılayaraq dərin minnətdarlıqlarını ifadə ediblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Əfv sərəncamının icrası başa çatdı FOTO

RƏYLƏR


Top news