Putin Qarabağ problemini həll etməyi qərara alıb

Putin Qarabağ problemini həll etməyi qərara alıb
20:06 29 Dekabr 2015
115 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizama salmasında fəal iştirak edir.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi xəbər yayıb. Qurumun sözlərinə əsasən, bunun üçün Rusiya Federasiyası yüksək səviyyədə görüşlər də təşkil etmək fikrindədir.

Dağlıq Qarabağ nizama salınmasının ətrafında qalan mürəkkəb vəziyyəti nəzərə alaraq, Rusiya Federasiyası əlindən gələni edəcək ki, bu məsələ öz həllini tapsın. Bu il də məsələ ilə bağlı bir sıra görüşlər keçirilib. Belə ki, problemlə bağlı Rusiya prezidenti Vladimir Putin apreldə Ermənistana, may ayında isə Azərbaycana səfər edib. Hətta, bu il hər iki ölkənin xarici işlər nazirləri Edvard Nalbadyan və Elmar Məmmədyarov də məsələni həll etmək üçün may ayında Moskvaya da rəsmi səfərdə olublar.


Dağlıq Qarabağ


Rusiyanın Xarici İşlər Nazirliyində o da qeyd olunur ki, ATƏT-in Minsk qrupunun ölkə-həmsədrlərinin nümayəndə heyətlərinin başçılarının bəyanatı münaqişələrin sülh yolu ilə həll edilməsinə inadla çağırış edir.


ATƏT-in Minsk qrupunun həmsədrləri


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ilin mayın 24-də Rusiyaya səfər edib. O, mayın 25-də rusiyalı həmkarı Sergey Lavrov, Dövlət Dumasının sədri Sergey Narışkin və başqa rəsmilərlə görüşüb. Səfər zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.


Elmar Məmmədyarov və Edvard Nalbadyanın birgə görüşü

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368431

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR