Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşqçiyə beşcə gün dözdülər

Məşqçiyə beşcə gün dözdülər

Date: 29 December 2015 20:12

Türkiyə Superliqa təmsilçisi "Gənclərbirliyi"ndə növbəti baş məşqçi istefası gerçəkləşib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komandanın çalışdırıcısı Yılmaz Vural vəzifəsindən kənarlaşdırılıb.

Buna klub prezidenti İlham Cavcavla Y.Vural arasında transfer məsələsindəki anlaşılmazlıq səbəb olub. Tərəflər arasında razılıq əldə olunmadığı üçün klub rəhbərliyi Vuralla yolları ayırmaq qərarına gəlib.

Qeyd edək ki, 5 gün öncə "Gənclərbirliyi" ilə 1,5 illik müqavilə imzalayan Yılmaz Vural Superliqadakı ilk sınağında səfərdə "Eskişehirspor"a 0:2 hesabı ilə uduzub. Oyundan sonra açıqlama verən Yural bunları bildirib: "Aşağı liqaya düşməmək üçün mövsümün ikinci yarısında 9 qələbəyə ehtiyacımız var. Bunun üçün də qışda lazımi transferlər etməliyik". Lakin transfer məsələsində klub rəhbərliyi ilə razılığa gələ bilməyən Vural istefaya göndərilib.

Xatırladaq ki, Yılmaz Vural "Gənclərbirliyi"nin cari mövsüm dördüncü baş məşqçisi olub. Bir müddət öncə klubun prezidenti İlham Cavcav baş məşqçi təyin etdiyi Fuat Çapanı bir neçə saatdan sonra komandadan qovub. 

Milli.Az


Tags:  Məşqçiyə beşcə gün dözdülər

RƏYLƏR


Top news