Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 29 Dekabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 29 Dekabr

Date: 29 December 2015 20:19

GÜNÜN ŞƏRHİ
 
Səudiyyə Ərəbistanının dövlət büdcəsində neftin qiymətinin 29 dollar götürməsi OPEK-in son vədindən doğan ümidlərin üzərinə su səpib. Bir müddət əvvəl OPEK rəsmisinin neftin 2016-cı ilin ortalarında bahalaşa biləcəyi barədə açıqlamaları birjaları azacıq da olsa, hərəkətə gətirmişdi. Səudiyyə Ərəbistanının qəbul olunan dövlət büdcəsi bu sözlərin əslində manipulyasiya olduğunu ortaya qoydu və neftin gələcəyi ilə bağlı sualları bir çox halda cavablandırmış oldu. Gələn il üçün neftlə bağlı proqnoz təxminən belədir, qiymətlər 23-33 dollar arasında reverans edəcək. Ər-Riyadın açıqladığı rəqəm Nursultan Nazarbayevin hələ aylar öncə açıqladığı “neftin qiymətinin 30 dollara düşməsinə hazır olmalıyıq” fikrinin nə qədər reallığa uyğun olduğunu da təsdiqlədi. Neftin qiymətinin bu dərəcədə ucuzlaşması dünya ölkələrinə müxtəlif formada təsir edəcək, amma ümumilikdə ucuzlaşma dünya iqtisadiyyatında çoxdan gözlənən canlanmaya təkan verə bilər. Ən pessimist analitiklər belə, bu ehtimalı inkar etmir. 


Tags:  Nəsimi Nəbizadə Ana xəbər bloku 29 Dekabr

RƏYLƏR


Top news