Ukraynada “Azərbaycan multikultural ölkədir” mövzusunda “dəyirmi masa” keçirilib

Ukraynada “Azərbaycan multikultural ölkədir” mövzusunda “dəyirmi masa” keçirilib
20:28 29 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Kiyev, 29 dekabr, AZƏRTAC 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Poltava İqtisadiyyat və Ticarət Universitetində (PİTU) fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Mədəniyyət-Təhsil Mərkəzində “Azərbaycan multikultural ölkədir” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir Azərbaycan-Ukrayna dostluğuna həsr edilib.
Mərkəzin direktoru Yaşar Alxasov bildirib ki, bütün insanlara birlik hissi xasdır. Bu mürəkkəb qlobal dünyada yaşamaq üçün insanlar bir-birinə kömək etməlidirlər. Dostluq hər şeydən əvvəl qarşılıqlı yardım və dəstək deməkdir.
Y.Alxasov vurğulayıb ki, bu gün Azərbaycan “dostluq vahəsi”nə, müxtəlif millətlərdən və dinlərdən olan insanların birgə yaşadıqları məkana çevrilib.
TİTU-nin əcnəbi tələbələrlə iş üzrə dekanı Yuri Dzekun məlumat verib ki, Poltava Ukraynanın mənəvi paytaxtı kimi müxtəlif xalqların böyük ailəsini birləşdirir. Universitetdə dünyanın 20-dən çox ölkəsindən, o cümlədən Azərbaycandan tələbələr yüksək səviyyəli təhsil alırlar.
Tədbirdə azərbaycanlı və ukraynalı tələbələr öz ölkələri barədə təqdimatla çıxış edib, xalqlarının adət və ənənələrindən danışıblar.
Sonda Azərbaycan haqqında videoçarx nümayiş olunub.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ukraynada_Azerbaycan_multikultural_olkedir_movzusunda_deyirmi_masa_kechirilib-915425

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR