Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünya azərbaycanlılarının birliyi ideyası ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir

Dünya azərbaycanlılarının birliyi ideyası ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir

Date: 29 December 2015 20:28


Bakı, 29 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Akademiyanın rəhbər heyətinin, zabit və kursantlarının iştirak etdiyi tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov əlamətdar bayramlar münasibətilə iştirakçılara təbriklərini çatdırıb. Qeyd edib ki, dünya azərbaycanlılarının birliyi ideyası xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən biridir. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi respublikamızın dünya dövlətləri sırasında söz sahibinə çevrilməsinə, xarici ölkələrdə yaşayan soydaşlarımız arasında milli birliyin daha da güclənməsinə və təşkilatlanmasına təkan verib. Sevindirici haldır ki, ulu öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Akademiyanın rəis müavini polkovnik Afət Qurbanov “Mənəvi birliyimizin rəmzinə çevrilmiş bayram” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə mənəvi birlik və milli həmrəyliyin dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət etdiyi vurğulanıb.



Tags:  Dünya azərbaycanlılarının birliyi ideyası ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir


RƏYLƏR


Top news