​Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi hesabat verib

​Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi hesabat verib
20:32 29 Dekabr 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi il ərzində gördüyü işlərin hesabatını verib.
Bu barədə "Report"a Mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, qurum Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural dəyərlərin tədqiqi və təşviqi ilə əlaqədar layihələrin gerçəkləşdirilməsini 2015-ci il ərzində prioritet sahələr kimi qəbul edib.
Qeyd olunub ki, xarici ölkə universitetlərində “Azərbaycan Multikulturalizmi” fənninin tədrisi layihəsinin həyata keçirilməsi məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Avropanın və regionun bir sıra qabaqcıl ali məktəbləri ilə qarşılıqlı əməkdaşlıq protokolları imzalayıb.
2015-ci ilin birinci yarısında dünyanın 7 nüfuzlu ali məktəbində “Azərbaycan multikulturalizmi” fənni tədris olunmağa başlayıb.
Hazırda “Azərbaycan multikulturalizmi” fənni dünyanın 11 və Azərbaycanın 19 nüfuzlu ali məktəbində tədris olunur.
Məlumatda göstərilib ki, ölkəmizin multikultural nailiyyətlərinin beynəlxalq mütəxəssislər tərəfindən öyrənilərək xarici ölkələrdə təbliğini təmin etmək məqsədi ilə 2015-ci il ərzində mərkəzin təşəbbüsü ilə 6 beynəlxalq “Virtual dəyirmi masa” təşkil edilib.
Ötən il Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkəmizdə fəaliyyət göstərən dini qurumların və konfessiyaların, icmaların rəhbərləri ilə bütünlükdə 21 görüş və müşavirə, 11 dəyirmi masa, 8 seminar, xarici ölkələrdə isə 6 beynəlxalq konfrans, 14 seminar və görüş keçirib.

Xəbərin orijinal ünvanı: http://report.az/din/baki-beynelxalq-multikulturalizm-merkezi-hesabat-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR